Arçut () — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.21
Toponim artuç (ardıcİbrahim Bayramovun fikrincə) bitki adıДревнетюркский словарь, Л., "Наука", 1969. s.57 əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Coğrafiyası və iqlimi Kəndi Arçut çayı 2 bölür. Bazum daglarının ətəyində yerləşir. Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur.
İqtisadiyyatı Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər başqa yerlərdə işləyənlər olub.
Mədəniyyəti Kənddə 1711-ci ildən etibarən Məscid, Folkloru qıs fəsli fevral [boz] ayı-hızırnəbi bayramı, qodu oynatmaq kimi adətlər olmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.50–51, 130–131.
Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.51, 131, 1939-cu ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.484 azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.
1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ildə 655 yasayış evi var idi. Əhalisi 6545 nəfər olub.
Tanınmışlar Allahyar Yolçuyev — Kimya elmləri doktoru, Professor, Neft Akademiyası Analitik Kimya kafedrasının baş müəllimi. Abuzər Qazıyev — ATU I müalicə-profilaktika fakültəsinin dekanı, Bakı şəhər baş onkoloqu, Əməkdar Müəllim, Tibb elmləri doktoru, professor Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı Namiq Məmmədov — İş adamı, "CASPEL" MMC-nin İdarə Heyətinin sədri, Mesenat, İctimai xadim, "Tərəqqi" medalı laureatı
Həmçinin bax Arçud
Mənbə Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
Xarici keçidlər Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals — Exclusive photo facts
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri