Frederik Duqlas (; ) – Amerikalı abolisionist.

Fəaliyyəti Frederik Duqlas mülkədar ailəsində dünyaya gəlmişdi. Duqlasın anası zənci qul, atası isə ağdərili mülkədar idi. Duqlas nikahdan kənar dünyaya gəlmişdi, bu səbəbdən o, geniş hüquqlara malik deyildi. Duqlas 1838-ci ildə yaşadığı evi tərk edir və quldarlığa qarşı mübarizəyə başlayır. 1845-ci ildə həyatı haqqında kitab yazmışdır. Frederik Duqlas sonrakı fəaliyyətini Nyu-York ştatında davam etdirmişdir. O, burada Şimal ulduzu adlı qazetin çap edilməsinə rəhbərlik etmişdir. Qəzet quldarlıq quruluşunu sərt şəkildə tənqid edirdi. Duqlas dəfələrlə xarici ölkələrə səfər etmiş və burada təşkil olunan tədbirlərdə çıxış etmişdir. Frederik Duqlasın mübarizəsində Ku Kluks Klana qarşı olan dövr mühüm yer tutur. Ku Kluks Klanın əsas fəaliyyəti zənciləri qorxutmaqdan ibarət idi.

Müxtəlif növ qeyimlərdən istifadə edərək geçə yarısı zəncilərin yaşadığı ərazilərdə görünən klan üzvlərinin hərəkətləri Duqlas tərəfindən sərt formada tənqid edilmişdir. ABŞ Vətəndaş müharibəsi zamanı Frederik Duqlas Şimal ordusuna qatılmışdır. Duqlas müharibə dövründə öz çıxışları zamanı daim zənciləri Amerika Konfederativ Ştatlarına qarşı mübarizə aparmağa səsləmişdir. 1865-ci ildən Frederik Duqlas müxtəlif dövlət idarələrində fəaliyyət göstərmişdir. 1889–1891-ci illərdə Duqlas Amerika Birləşmiş Ştatlarının Haitidə baş konsulu olmuşdur. Frederik Duqlas ABŞ tarixinə ilk zənci vitse prezident namizədi olaraq düşmüşdür. Müharibədən sonra keçirilən prezident seçkiləri zamanı ABŞ-də fəaliyyət göstərən Bərabər Hüquq Partiyası tərəfindən prezidentin köməkçisi (vitse prezident) olaraq namizdəliyi irəli sürülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XIX əsr ABŞ yazıçıları Kateqoriya:Abolisionistlər Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1888) Kateqoriya:ABŞ feministləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ diplomatları Kateqoriya:ABŞ abolisionistləri Kateqoriya:Anqlikan müqəddəsləri