Morfin () — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir.

Tarixçəsi Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdirHuxtable RJ, Schwarz SK.:The isolation of morphine--first principles in science and ethics Mol Interv. 2001 Oct;1(4):189–191. Volltext (HTML) Volltext (PDF) PMID 14993340. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdurWright, C. R. A. On the Action of Organic Acids and their Anhydrides on the Natural Alkaloids (12 августа 2003). Архивировано из первоисточника 6 июня 2004. Note: this is an annotated excerpt of Wright, C. R. A. (1874). "On the Action of Organic Acids and their Anhydrides on the Natural Alkaloids". Journal of the Chemical Society 27: 1031–1043. DOI:10.1039/js8742701031.

Alınma mənbəyi Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur. Əsasən biosintez yolu ilə adı çəkilən bitkilərdən daha doğrusu tərkibində olan durğun süd mayasından (tiryək südündən) alınır: L-tirozin → L-DOFA → retikulin → salutaridin → tebain → kodein, bu keçidlər müvafiq fermentlərin təsiri ilə baş verir. Morfin praktiki olaraq kükürd və oksalat turşularının köməyi ilə bioloji materialdan suyun sıxışdırıb çıxarılması (isolə edilməsi) metodu əsasında əldə edilir.

Adlandırılması Morfin adı Qədim yunan mifologiyasında yaxşı yuxu tanrısı Morfeyin adından götürülmüşdür.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə dərmanlar Kateqoriya:Opiatlar Kateqoriya:Ağrıkəsicilər Kateqoriya:1804-cü ildə yarananlar Kateqoriya:Almaniya ixtiraları Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri Kateqoriya:Kimyəvi maddələr