Tea Leoni () - ABŞ aktrisası və prodüseridir.

Həyatı Tea Leoni 8 fevral 1966-cı ildə ABŞ-nin Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlmişdir. Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirmişdir. Nyu-York şəhərinin Brirli () və Vermont ştatının Patni () məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens Kolleci"nə () daxil olmuşdur. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır. Tea Leoni burada təhsilini tam başa vura bilmədi. Bu müddətdə səyahətini Yaponiya və İtaliyada keçirmişdir. 1989-cu ildən etibarən seriallara və filmlərə çəkilir. Həmin ildə dövrünə görə populyar olan "Santa Barbara" teleserialının 6 epizodunda iştirak etmişdir. 1990-cı illərdən başlayaraq seriallarla yanaşı bir çox filmlərdə iştirak etməyə başlayır.

Şəxsi həyatı Tea Leoni Nol Cozef Tardio-kiçik adlı televiziya prodüseri ilə 1991-1995-ci illər ərzində evli olmuşdur. Boşandıqdan bir müddət sonra aktyor Devid Duxovni ilə 1997-ci ildə evlənmiş və 2008-ci ildə boşanmışdır. 2009-cu ildə barışırlar, lakin 2014-cü ildə rəsmi olaraq boşanırlar.

27 oktyabr 2006-cı ildə Tea Leoni "Life" jurnalına müsahibəsində bildirmişdir ki, ata tərəfdən nənəsi olan Helenka Pantaleoni 25 il ərzində "ABŞ-nin UNICEF üçün fondu" təşkilatının prezidenti olduğuna görə UNICEF təşkilatının xoşməramlı səfiri seçilmişdir.

Filmoqrafiya İl Ad Rol Qeydlər 1989 Santa Barbara Liza DiNapoli 6 epizod 1991 Dəyişmək Konni 1992 Onların şəxsi liqası Reysin 1995 Pis oğlanlar Culi Mott 1995 Freyzer Şeyla 2000 Məxfi materiallar öz rolunu canlandırır 2001 Yura dövrünün parkı 3 Amanda Kirbi 2007 Öldür məni Lorel Pirson filmin icraçı prodüseri 2011 Qüllə qarəti Kler Denem 2014 Xanım katibəçi Elizabet Makkord

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aktrisalar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri