Əbu Hüseyn Müslüm ibn Həccac ibn Müslüm ibn Vərd əl-Quşeyri ən-Nisaburi (; ) — mühəddis. "Cəmius-Səhih" və ya "Səhihi-Müslim" əsərinin müəllifidir.

Həyatı Müslüm hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaqlıqdan hədis elmini çox sevmişdir. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən almışdır. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslüm, hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir.

Haqqındakı fikirlər Əbu Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibni Həccacı əsrinin alimlərindən üstün sayırdılar." Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur. Bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir."Məsləmə ibn Qasim demişdir: "O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idi."Xəlili demişdir: "Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdur."

Əsərləri "Əs-Səhih" "Ət-Təbəqat". "Əl-Əsma vəl-kunə". "Ət-Təmyiz". "əl-Münfəridətul-vihdən". "Suələtul-imam Əhməd". "Əvhamil-mühəddisin". "Əvlədis-sahəbə". "Əfrədiş-şamiyyin". "Əl-Əqran". "Məşəyix Malik". "Məşəyix Şöbə". "Məşəyixus-Səuri". "Əl-Muxədrəmin". "Əl-İntifə bi uhubis-siba".

İstinadlar

Həmçinin bax Səhihi-Müslim Nişapur

Xarici keçidlər Биография Имама Муслима Сахих Муслима — Коллекция афоризмов

Kateqoriya:İslam alimləri Kateqoriya:Nişapurda doğulanlar Kateqoriya:Nişapurda vəfat edənlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Sünni imamları Kateqoriya:İran şəxsləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:İslam tarixçiləri