Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).
Həyatı Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra çoxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.
Xarici keçidlər
Əkbər Qoşalının hekayələri haqda qeydlərim Hekayələri Rəsmiyyə Sabirin «Həbs olunmuş sükut» kitabını oxuyarkən… Psihologizm probleminin öyrenilmesi ve qoyuluşuna dair
Kateqoriya:Cəlilabadda doğulanlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri