Teymur Füzuli oğlu Məmmədov () — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2011–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Hal-hazıda isə məşqçi olaraq çalışır.

2008-ci ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çemppionatının qalibi olan Teymur Məmmədov 2008–2010-cu illərdə gənclər arasında beş beynəlxalq turnirin hamısında qızıl medala sahib olub. 2010-cu ildə 17 yaşında Azərbaycan çempionu adını qazanan Teymur Məmmədov həmin ilin iyununda baş tutan Avropa Çempionatının final görüşüdə Bolqarıstan nümayəndəsi Tervel Pulev üzərində təmiz qələbə qazanaraq 18 ildən sonra Azərbaycana Avropa Çempionatının qızıl medalını qazandırdı. Həmin ilin sentyabrdaın baş tutan Dünya Çempionatının finalçısı olmaqla isə Teymur Məmmədov 2012-ci il London Olimpiadasına lisenziyanı təmin etdi.

Teymur Məmmədov 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Olimpiadadan sora isə Teymur Məmmədov 2013-cü ilin iyununda baş tutan Avropa Çempionatının yalnızca turnirin final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu. Həmin il o, həm də Dünya Çempionatının bürünc medalına sahib oldu.

2015-ci ilin iyununda I Avropa Oyunlarının qızıl medalına sahib olduqdan sonra Teymur Məmmədovun nəticələri bir qədər zəiflədi. Həmin il Dünya Çempionatında uğursuz çıxış edən Teymur Məmmədov olimpiya lisenziyasına 2016-cı ilin iyununda sahib ola bildi. Bununla belə Rio-de-Janeyro Olimpiadası da Teymur Məmmədov üçün uğursuz oldu və o, medalın bir addımlığında mübarizəsini dayandıraraq olimpiadanı beşinci pillədə başa vurdu.

2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının qalibi olduqdan sonra Teymur Məmmədov 24 yaşında idmanla vidalaşdı.

Karyerası ərzində Teymur Məmmədov 4 dəfə — 2010, 2011, 2015 və 2017-ci illərdə Azərbaycan Çempionatının qalibi olub.

Teymur Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən isə "Şöhrət" ordeni ilə təltif edilib.

Həyatı Teymur Füzuli oğlu Məmmədov 1993-cü il yanvarın 11-də Rusiyada anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır. 2006-cı ildə ailəsi ilə birgə Rusiyadan Azərbaycana daimi yaşayış üçün gəlib.

2006-cı ildən idmanla məşğul olur. Teymur Məmmədovun əmisi də bu idman növü ilə məşğul olub və Azərbaycan səviyyəli turnirlərdə bir-sıra uğurlara imza atıb. Şəxsi məşqçisi İlham Əlimzanovdur. Rabitə İdman Klubunun üzvüdür. Kumiri Ədalət Məmmədovdur.

Teymur Məmmədov 2013-cü ildə evlənib. 2015-ci il təvəllüdlü Tamerlan, 2017-ci il təvəllüdlü isə Abbas adında övladları var.

Karyerası

2008-ci il: Yeniyetmələr arasında Avropa çempionluğu Karyerasının birinci ciddi uğuruna Teymur Məmmədov 2008-ci ilin maylnda imza atdı. Keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin xatirəsinə hər olunan 15–16 yaşlı idmançılar arasında VI. beynəlxalq turnirdə çıxış edən Teymur Məmmədov bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu. Final görüşündə Teymur Məmmədov Rusiya nümayəndəsi Artyom Aqeyeva 18:15 hesabı ilə qalib gəldi. Bu turnirdə qazanılan qələbə nəticəsində Teymur Məmmədov iyunda Bolqarıstanda baş tutacaq yeniyetmələr arasında Avropa Çempionatında mübarizə aparacaq Azərbaycan yığasının heyətinə cəlb edildi.

Teymur Məmmədov 2008-ci ilin 22–28 iyununda Bolqarıstanın Plovdiv şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Teymur Məmmədov Ukrayna nümayəndəsi Anatoli Fişiç ilə üz-üzə gəldi. İyunun 25-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə hesab 12:12 olsa da, zərbələrin dəqiqliyinə görə Teymur Məmmədov rəqibi üzərində qələbə qazandı və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Poqos Adilbəyyan oldu. İyunun 27-də baş tutan görüşün birinci raundundaca Teymur Məmmədov rəqibi üzərində təmiz qələbə qazandı və yeniyetmələr arasında Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Artyom Ageyev oldu. İyunun 28-də baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində 16:5 hesabı ilə inamlı qələbə qazandı. Bununla da 15 yaşlı Teymur Məmmədov yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

Teymur Məmmədov həmin il də həm də Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi oldu.

2009-cu il: Beynəlxalq turnirlərdə ard-arda qələbələr Teymur Məmmədov 2009-cu ildə birinci uğuruna apreldə imza atdı. Keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin xatirəsinə hər olunan VII. beynəlxalq turnirdə çıxış edən Teymur Məmmədov finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazandı. Həlledici görüşdə isə Teymur Məmmədov Özbəkistan nümayəndəsi Mirzəbəy Həsənov üzərində 15:2 hesabı ilə inamlı qələbə qazandı və növbəti dəfə beynəlxalq turnirin qızıl medalına sahib oldu.

Teymur Məmmədov növbəti uğuruna iyulda Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə imza atdı. Turnirin yarım-final mərhələsində məğlub olan Teymur Məmmədov turniri bürünc medalla başa vurdu. Noyabrda isə Teymur Məmmədov Qazaxıstanda baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin sonunda Teymur Məmmədov Abbas Ağalarovun xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirin final görüşündə 8 əvvəl qalib gəldiyi Özbəkistan nümayəndəsi Mirzəbəy Həsənov üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qalibi oldu.

2010-cu il: Azərbaycan çempionluğu Karyerasında seniorlar arasında birinci ciddi uğura Teymur Məmmədov 2010-cu ilin yanvarında imza atdı. Azərbaycan Çempionatında mübarizə aparan 17 yaşlı Teymur Məmmədov finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazandı. Həlledici görüşdə isə Teymur Məmmədov Dmitri Əbülfətov üzərində 10:2 hesabı ilə inamlı qələbə qazandı və Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin fevralında dönəmin Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Katibi Ağacan Abıyev müsahibəsində 17 yaşında Azərbaycan çempionu adını qazanan Teymur Məmmədovun istedadlı idmançı olduğunu, gələcəyinin parlaq olacağına ümid etdiyini bildirdi.

Teymur Məmmədovun növbəti turniri 2–7 martda Azərbaycanda baş tutan yeniyetmələr arasında Great Silc Way beynəlxalq turniri oldu. Turnirin finalına qədər bütünc rəqibləri üzərində qələbə qazanan Teymur Məmmədov həlledii görüşdə Türkiyə nümayəndəsi Burah Aqşina məğlub oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, zərbələrin dəqiqliyinə görə rəqib qalib gəldi, Teymur Məmmədov isə gümüş medalın sahibi oldu.

2010-cu ildə Teymur Məmmədovun birinci ciddi sınağı 25 aprel-4 mayda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Həmin turnir həm də avqustda Sinqapurda baş tutacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya verirdi. Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə Teymur Məmmədovun rəqibi Braziliya nümayəndəsi Tiaqo Lima idi. Aprelin 26-da baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində 2-ci raundda təmiz qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Yan Alin oldu. Aprelin 28-də baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində 10:2 hesabı ilə inamlı qələbə qazandı. Bununla da Teymur Məmmədov turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələyə qədər inamlı qələbələr qazanan Teymur Məmmədovun bu mərhələdə rəqibi martda beynəlxalq turnirin final görüşündə məğlub olduğu Türkiyə nümayəndəsi Burah Aqşin oldu. Bu səfər Teymur Məmmədov rəqibindən revanş almaq istəsə də, buna nail ola bilmədi. Rəqibinə 1:5 hesabı ilə məğlub olan Teymur Məmmədov yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.

Bu uğursuzluqdan sonra Teymur Məmmədov birinci uğuruna sentyabrda Azərbaycan Kubojunun qalibi olmaqla imza atdı. İlin sonunda isə Teymur Məmmədov Azərbaycan Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Teymur Məmmədov həlledici görüşdə Sərxan Cabbarova qalib gəldi və növbəti dəfə Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. Ağacan Abıyev müsahibəsində növbəti dəfə Azərbaycan çempionu adını qazanan Teymur Məmmədovun gələn il Avropa Çempionatında da ümidləri doğrulda biləcəyinə inandığını bildirdi.

2011-ci il: Avropa çempionluğu və Dünya Çempionatında final 2011-ci ildə Teymur Məmmədovun birinci turniri 8–12 fevralda Macarıstanın Debretsen şəhərində baş tutan beynəlxalq turnir oldu. Turnirin 1/4 final mərhələsində Teymur Məmmədov Fransa nümayəndəsi Con M'Bumba ilə üz-üzə gəldi. Fevralın 10-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində 10:5 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Szabolç Del oldu. Fevralın 11-də baş tutan görüşdə Teymur Məmmədov birinci raunddaca rəqibi üzərində təmiz qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Teymur Məmmədovun rəqibi Polşa nümayəndəsi Mixal Olas oldu. Fevralın 12-də gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Teymur Məmmədov rəqibinə 4:2 hesabı ilə qalib gəldi və beynəlxalq turnirin qızıl medalına sahib oldu.

Teymur Məmmədovun 2011-ci ildə növbəti sınağı 8–12 martda Azərbaycanda baş tutan IV. Great Silc Way beynəlxalq turniri oldu. Keçən ili final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vuran Teymur Məmmədov bu səfər çempionluğa iddialı idi. Turnirin 1/4 final mərhələsində Teymur Məmmədov İran nümayəndəsi Omid Babayi ilə üz-üzə gəldi. Martın 10-da baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində təmiz qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi digər İran nümayəndəsi Reza Muradxani oldu. Martın 11-də baş tutan görüşdə Teymur Məmmədov rəqibinə 8:4 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Teymur Məmmədovun rəqibi Rusiya nümayəndəsi Artur Beterbiyev oldu. Fevralın 12-də baş tutmalı olan final görüşündə rəqib zədə səbəbilə çıxış eləmədi və Teymur Məmmədov beynəlxalq turnirin qızıl medalına sahib oldu.

Həmin ilin mayında isə Teymur Məmmədov Azərbaycan Kubojunda mübarizə apardı. Turnirin son qalibi olan Teymur Məmmədov bu səfər final görüşündə Abdulqədir Abdullayev üzərind 8:2 hesabı ilə inamlı qələbə qazandı və növbəti dəfə turnirin qızıl medalına sahib oldu.