"Paris Notrdam kilsəsi" () — rejissor Jan Delannuanın filmi.
Məzmun
Hadisələr orta əsrlərdə Parisdə baş verir. Qaraçı qızı Esmeralda öz gözəlliyi ilə kişilərin ağlını başından çıxarır. Ona eyni vaxtda Paris Notrdam kilsəsinin keşişi Klod Frollo və müqəddəs atanın yanında işləyən qozbel Kvazimodo aşiq olub. Qız isə Feb ləqəbli alicənab bir adama vurulub və bunu öz ürəyində saxlayır. Keşiş qısqanclıqdan onu yaralayır. Cinayətdə Esmeraldanı günahkar bilirlər və hakimlər qıza asılmaq hökmünü çıxarırlar. Feb onu xilas etmək üçün heç nə etmir, təkcə qozbel Kvazimodo sevdiyi qızın köməyinə gəlir.
Filmin sonunda Esmeralda kilsənin qabağındakı mübarizədə öldürülür. Esmeraldanın son sözü "Həyat gözəldir" olur.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Viktor Hüqo Ssenari müəllifləri : Cin Aurenç, Jak Prever, Ben Hekt Rejissor : Jan Delannua Operator : Mişel Kelber Bəstəkar : Corc Orik Prodüserlər : Robert Akim, Reymond Akim
Rollarda
Cina Lollobricida – Esmeralda Entoni Kuinn – Kvazimodo Jan Dane – Feb Alen Küni – Klod Frollo Rober İrş – Pyer Qrenquar Daniel Dümon Filipp Kley Moris Sarfati Jan Tissye Valentin Tessiye Jak İllinq Jak Düfiyo Roje Blen Mariann Osvald Rolan Bayli Pyeral Kamilla Cerini Demia Robert Lombard Alber Remi Haber Lapparen Boris Vian Jorj Dukinq Pol Bonifas Medileyn Barbulye Alber Mişel Deniel Emilfork Etçeveri Dominika Devrey İet Lukas Denis Karven Jak Bertran
İstinadlar
Xarici keçidlər
The Hunchback of Notre Dame at Trailers From Hell
Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Jan Delannuanın filmləri Kateqoriya:1956-cı ilin filmləri Kateqoriya:1956-cı ilin İtaliya filmləri Kateqoriya:Viktor Hüqonun əsərlərinin ekranlaşdırılması Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Qaraçılar haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Fransanın qorxu filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:İtaliyanın qorxu filmləri Kateqoriya:XV əsr haqqında tarixi filmlər