Məzmun Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur.
Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur)
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Əhmədiyyə Cəbrayılov haqqında filmlər Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:Şəkidə çəkilən filmlər