Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib.

Həyatı Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur. Həmin ildə Londonda keçirilən "Dünya gözəli" müsabiqəsində Malayziyanı təmsil etmişdir. 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında Ceki Çan və Çou Yun Fat ilə birgə çəkilir. Bu ildən başlayaraq epizodik rollarda filmlərdə çıxış etməyə başlayır. İlk filmi 1984-cü ildə "Bayquş və Bombo" filmi olub. Bu filmdə Xanım Yenq rolunda çıxış etmişdir. Filmdə Sammo Hun çəkilmişdir. 1992-ci ildə Mişel Yeo "Polis əhvalatı 3" filmində Ceki Çan ilə çəkilir. Filmin çəkilişi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmişdir. 1997-ci ildən etibarən bir çox Honq Konq aktyor və aktrisaları kimi məşhurluq qazanmaq üçün Hollivud filmlərində çəkilməyə başlayır və məşhur olur.

Şəxsi həyatı Mişel Yeo 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında çıxış etməyə başlayır. Bu reklamları istehsal etmək üçün yenicə filmlər istehsal etməyə başlayan "D&B Films" kinokompaniyası köməklik göstərirdi. Bu kompaniya Mişel Yeonu filmə gətirmişdir. Kompaniyanın "D&B" heyətlərini Dikson Pun idarə edirdi. Mişel Yeo onunla 1988-ci ildə ailə həyatı qurur və film karyerasını tərk edir. Lakin Mişel Yeo Diksondan 1992-ci ildə boşanır və yenidən film karyerasına başlayır. Mişel Yeo ondan ayrılmasına baxmayaraq Diksonla və onun yeni həyat yoldaşı ilə yaxşı münasibətdədir. Mişel onun qızının ikinci xaç anasıdır. Hal-hazırda Mişel Yeo "Beynəlxalq avtomobil federasiyası"nın prezidenti Jan Todt ilə görüşür. Lakin müsahibələrin birində Mişel Yeo bunu təkzib etmişdir.

Filmoqrafiya İl Film1984Bayquş Bamboya qarşı1985 Hə, Madam1985Mənim xoşbəxt ulduzlarım 21992Polis əhvalatı 31994Vin Çun1997Səhər heç vaxt ölməyəcək2000Oturan pələng, gizlənən əjdaha2005Qeyşanın memuarları2007Günəş işığı2008Bizim eranın Babili2008Mumiya: Əjdaha İmperatorunun Qəbri2011Kunq-fu Panda 22011 Ledi

İstinadlar

Həmçinin bax Ceki Çan Sintiya Rotrok

Xarici keçidlər

Michelle Yeoh Web Theatre — complete website on Michelle Yeoh Supercop as Woman Warrior (Salon magazine). Interview with Michelle Yeoh on the Tavis Smiley show Sunday Times feature Mişel Yeo

Kateqoriya:Honkonq aktrisaları Kateqoriya:Prezident Azadlıq medalı ilə təltif edilənlər Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər