IV David və ya Qurucu David (, Davit Ağmaşenebeli; ) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s. tikilməsinə böyük fikir verirdi, maarifin inkişafına kömək edirdi. O, məhz bu səbəbdən "Qurucu" adını almışdır. Gelati akademiyasının əsasını qoymuşdu.

İstinadlar

Kateqoriya:Gürcülər Kateqoriya:Hökmdarlar Kateqoriya:Baqrationlar Kateqoriya:Kutaisidə doğulanlar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:XII əsr xristian müqəddəsləri Kateqoriya:XII əsr Asiya hökmdarları Kateqoriya:XII əsr Avropa hökmdarları Kateqoriya:XI əsr Avropa hökmdarları