Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd.

Tarixi

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.290.

Erməni mənbələrində Şharcik formasında qeyd edilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60.

Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60-61, 136-137.

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir.

Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.

İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik etnonimiГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73 əsasında əmələ gələn etnotoponimdir.

Quruluşca sadə toponimdir.

Əhalisi 1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı Əkinçilik və heyvandalıq

Görkəmli şəxsiyyətləri Oqtay Əsədov (Əsədov Oqtay Sabir oğlu) — Azərbaycan Respublikası Milli Məclisinin sədri. Muradov Sabir Yaqub oğlu (şəhid) Xanlar Zəngəzurlu

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri