Mərvan ibn Məhəmməd və ya II Mərvan (təqribən 684–750) — sonuncu Əməvi xəlfəsi (744–750).

Bizanslılara qarşı döyüşlərdə fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahını Harrana (Mesopotamiya) köçürmüşdü.

Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Mavərənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747-ci ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan II Mərvan kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər xilafətinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Xəlifələr Kateqoriya:Əməvilər Kateqoriya:688-ci ildə doğulanlar Kateqoriya:750-ci ildə vəfat edənlər Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:VIII əsr Avropa monarxları