Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir.Schauffler, Robert Haven. Beethoven: The Man Who Freed Music. Doubleday, Doran, & Company. Garden City, New York. 1933; pg 211 Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır.
Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır:
Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir.
Tarixi
İnkişaf right|thumb|250px|Bethoven 1804-cü ildə, həmin il o, V simfoniyasını yazmağa başlamışdır. W. J. Mähler tərəfindən çəkilmiş portretin detalı Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.Hopkins, Antony. The Nine Symphonies of Beethoven. Scolar Press, 1977. ISBN 1-85928-246-6. Lakin Bethoven dəfələrlə beşinci simfoniya üzərində işlərini dayandıraraq başqa əsərləri – Fidelionun ilkin versiyası, Appassionata pianino sonatası, üç Razumovski simli alət kvarteti, Violançel üçün konsert, Pianino üçün dördüncü konsert, Dördüncü simfoniya və C major messiya üzərində işləmək üçün hazırlıqlarla məşğul olmuşdur. Beşinci simfoniyanın yazılması üçün son hazırlıqlar onunla birlikdə premyerası həyata keçirilmiş Altıncı simfoniya üzərində işlərin davam etdiyi 1807–1808-ci illərdə baş tutmuşdur.
Əsərin yazılması zamanı otuz yaşlarında olan Bethoven karlıqdan əziyyət çəkmişdir. Həmin dövrlər Avropada Napoleon Bonapartın müharibələr etdiyi, Avstriyada siyasi həyəcanların yaşandığı bir dövr idi və məhz həmin dövrdə — 1805-ci ildə Napoleonun ordusu Vyananı da işğal etmişdi.
Premyera Beşinci simfoniyanın premyerası 22 dekabr 1808-ci ildə Vyanada, "Theater an der Wien"də Bethovenin özünün rəhbərliyi ilə həyata keçirilmişdir.Kinderman, William. Beethoven. University of California Press. Berkeley, Los Angeles. 1995. ISBN 0-520-08796-8; pg 122 Premyera konserti dörd saat davam etmişdir. Konsertdə Bethovenin iki simfoniyası ifa edilmişdir: Altıncı simfoniya birinci hissədə, Beşinci simfoniya isə ikinci hissədə ifa edilmişdir.Parsons, Anthony. Symphonic birth-pangs of the trombone Proqrama daxil idi: Altıncı simfoniya Ariya: "Ah, perfido", Op. 65 C major Messiyanın Qloriya hissəsi Pianino üçün dördüncü konsert (Bethovenin özü tərəfindən ifa edilmişdir) (Fasilə) Beşinci simfoniya C major Messiyanın Sanktus və Benedikt hissəsi Bethoven tərəfindən ifa edilmiş solo pianino improvizasiyası Xor fantaziyası thumb|right|"Theater an der Wien" XIX əsrin əvvəllərində Bethoven beşinci simfoniyanı hamilərindən Şahzadə Frans Cozef von Lobkoviç və Andrey Razumovskiyə həsr etmişdir. Bu əsərin 1809-cu ildə ilk nəşri zamanı bəlli olmuşdur.
Təqdimatı və təsirləri Tələb olunan şərtlərin bir hissəsinin təmin edilmədiyi konsert haqqında bəzi bəzi tədqiqatçılar fikirlərini bildirmişdilər. Konsertdən əvvəl yalnız bircə dəfə məşq edən orkestr konsertdə yaxşı ifa etməmişdi. Xor fantaziyasının ifası zamanı isə səhvə yol verildiyindən Bethoven ifanı yarımçıq saxlayaraq, orkestrə başdan ifa etməyi buyurmuşdu.Landon, H. C. Robbins. Beethoven: His Life, Work, and World. Thames and Hudson. New York City. 1992; pg 149 Auditoriya konserti olduqca soyuq qarşılamış və proqramın uzunluğu yorucu təsir bağışlamışdı. Lakin E.T.A.Hoffmann "Allgemeine Musikalische Zeitung"də bildirdiyi fikirdə qeyd edir ki, il yarım sonra keçirilən konsert olduqca uğurlu olmuşdu. O, musiqini dramatik bir görüntü şəklində təsvir edir:
"Parlaq işıqlar gecənin dərinliyini yararaq hücuma keçir və biz yaxımlığımızda irəli–geri yellənən nəhəng kölgələr tərəfindən xəbərdar edilirdik və ətrafımızdakı dərin zövqün ortasında çox sevincli tonların azalması və itməsi ilə hər şey sonsuz həsrət təsiriylə məhv edilirdi. Lakin bu ağrı və acı hər şey məhv etdiyi halda sevgi, ümid və sevincə toxunmur, ürəklərimizin geniş səsin böyük tutqsusu ilə genişlənməsinə, tilsimin təsiri altında ruhlarımızın fərqinə varmağımıza səbəb olurdu."Allgemeine Musikalische Zeitung, July 1810
1810-cu ildə yazdığı "Beethoven's Instrumental Music" () adlı essedə E. T. A. Hoffman əsəri "əvəzedilməz dərin, möhtəşəm C minor simfoniya" sözləri ilə dəyərləndirir.
Simfoniya tezliklə klassik musiqi konsertlərinin repertuarında özünə yer edə bilir. Beşinci simfoniya 7 dekabr 1842-ci ildə Nyu-York Filarmoniyasının və 2 noyabr 1931-ci ildə Milli Simfonik Orkestrın açılışlarında klassik musiqinin simvolu kimi ifa edilmişdir. Texniki və emosional baxımdan Beşinci simfoniya bəstəkalar və musiqi tənqidçiləri üzərində geniş təsirə malik olmaqla və Brahms, Çaykovski (xüsusilə onun Dördüncü simfoniysında bu özünü daha çox büruzə verir), Brukner, Maler və Hektor BerliozunRushton, Julian. The Music of Berlioz; pg 244 yaradıcılığına təsir etmşidir. Beşinci, Üçüncü və Doqquzuncu simfoniyalar Bethovenin simfoniya yaradıcılığının ən gözəl nümunələri kimi dəyərləndirilir.
İnstrumentasiya Simfoniya pikkolo (yalnız dördüncü hissədə), 2 fleyta, 2 qoboy, 2 B flat klarnet, 2 faqot, kontrafaqot (yalnız dördüncü hissədə), 2 E flat və C valtorna, 2 trumpet, 3 trombon trombones (alto, tenor və bass, yalnız dördüncü hissədə), timpani (in G-C) və simli alətlər vasitəsilə ifa edilir.
Forma Simfoniyanın tipik ifa müddəti otuz dəqiqədir. Əsər dörd hissədən ibarətdir:
Birinci hissə: Allegro con brio
Birinci hissə yuxarıda qeyd edilən, qərb musiqisinin ən məşhur hissələrindən olan dörd notlu motivlə başlayır. Bu hissənin başlığının ifa tərzi, əsəri ifa edən orkestrları idarə edən sənətkarlar arasında önəmli müzakirə mövzularından biridir. Bəziləriləri həmin hissəni kəskin allegro tempo şəklində götürdükləri halda, başqaları azad seçimə üstünlük verərək yavaş və ya böyük tempoya üstünlük verirlər; başqaları isə həmin motivi molto ritardando (dörd notun hər biri ayrılıqda dəyərləndirilməklə) şəklində ifa edərək, başlığın bu şəkildə səsləndirilməsinin daha doğru olduğunu iddia edirlər.Scherman, Thomas K, and Louis Biancolli. The Beethoven Companion. Double & Company. Garden City, New York. 1973; p. 570 Bəzi tənqidçilər bir-iki və bir bölgüsünün daha önəmli olduğunu qeyd edir, bir-iki-üç-dörd bölgüsünün təkrarlanan və yanıldıcı pərdə olduğuna diqqəti çəkirlər.
Birinci hissə Bethovenə sələfi olan Haydn və Mosart kimi klassiklərdən miras qalmış ənənəvi sonata şəklində yazılmışdır. Bu hissədə elə ilk misralardaca bəstəkar dinləyicini əsərin ideyası, ilə tanış edərək, əsərdə tətbiq olunmuş bütün açarların istifadəsindən sonra açılış hissəsinə geri dönür. Hissə çox qüvvətli iki notla başlayır və bunun ardınca gələn məşhur dörd notlu motiv dinləyicinin bütün diqqətini əsərdə cəmləşdirir. Bir–birinin ardınca gələn ilk dörd sətirdə, Bethoven mövzunu rahat genişlədə bilmək üçün yamsılamalata və təkrar notlara yer verir ki, bu güclü təkrarlar da ritmik düzənlilik nəticəində əsərə axıcılıq verməklə dinləyicinin bütün kənar fikirlərdən uzaqlaşaraq musiqiyə ağlanmasını təmin edir. Qısa aradan sonra yenidən açılışdkı iki güclü not səsləndirilir və hornların ifası başlayır və ikinci mövzunun girişindən qısa alıntı ifa edilir. E flat major üzərində qurulmuş ikinci mövzu daha lirik olmaqla motiv olan dör notun müşayiət etdiyi pianino ifası şəklində yazılmışdır. Codetta hissəsində yenidən dörd notlu motiv müraciət edilir. Bundan sonra mövzu inkişaf etdirilrək modulyasiya tətbiq edilir, yenidən təkrarlara və ardıcıl oxşar notlara yer verilir və keçiddən sonra qoboyun solo improvizəsayağı ifası başlayır və hissə ağır koda ilə tamamlanır.
İkinci hissə: Andante con moto
A flat majorda yazılmış ikinci hissə, iki fərqli mövzu anlamına gələn cüt dəyişimli işdir. Dəyişimlər uzun coda vasitəsilə müşayiət edilmişdir.
Hissə mövzunun elanı ilə başlayır və burada basseslərin müşayiət etdiyi viola və violançellərin ifası eşidilir. Daha sonra bu hissəni klarnetlər, faqotlar, violinlərin, viola və bassların üçlü arpeggiosu ilə birgə səslənən ifası davam etdirir. Birinci mövzunun dəyişimi özünün təkrarı kimi səslənir. Bu vasitə üçüncü mövzuda da davam etdirilir və viola və violançellərin ifasına fleyta, qoboy və faqotların da ifası qoşulur. Ön hazırlıqdan sonra ifaya güclü orkestr ifası da əlavə edilir və hissə coda ilə tamamlanır.Scherman, Thomas K, and Louis Biancolli. The Beethoven Companion. Double & Company. Garden City, New York. 1973; pg 572
Üçüncü hissə: Scherzo. Allegro
Sketsou və triodan təşkil olunmuş üçüncü hissə üçlü şəklində yazılmışdır. Klassik dövrdə simfonik musiqilərin üçüncü hissəsi üçün ənənəvi olan qəlibdə yazılmış bu parçada əsas sketsouda qarışıq trio bölməsi, sketsouya dönüş və koda bir-birini əvəz edir. Lakin ənənəvi olaraq simfoniyalarda minuet və trionun birgə işlənməsi görünsə də, Bethoven yeni sketsou və trio formasından istifadə etmək qərarına gəlmişdir. (Bu haqqda daha ətraflı məlumat üçün aşağıdakı "Mətn məsələləri" başlığına baxın).
Bu hissədə C minor açılış açarına dönülmüş və violançellər və foqotlarla eyni mövzu ila edilmişdir: () center|500 px XIX əsr musiqişünası Qustav Nottbom Bethovnin bu mövzusunun intervalların düzülüşü baxımından Motsartın məşhur G minor Qırxıncı simfoniyasının final hissəsinin açılış mövzusu ilə eyni olduğunu qeyd edirdi. Motsartın mövzusu burada: () center|500 px (Oxşarlıq ilk növbədə Motsartın orijinal mövzusunu dinləyib, daha sonra Motsartın mövzusunu Bthovenin açarı üzərində ifa etdikdə daha aydın görünür, Bethovenin mövzusu burada: .)
Bu cür bənzərlik bu günə qədər xeyli mübahisələrə səbəb olmuşdur. Nottbom bu bənzərliyi Bethovenin Beşinci simfoniyanı yazdığı zaman etdiyi qeydləri araşdırarkən ortaya çıxarmışdır. Belə ki, həmin qeydlərdə Motsarın final mövzusundan eyniylə köçürülmüş 29 ölçü var idi.Nottebohm, Gustav (1887) Zweite Beethoviana. Leipzig: C. F. Peters, p. 531.
Açılış mövzusu taxta nəfəsli alətlərlə ifa edilən mövzuya cavab verir və bu ardıcıllıq davam etdirilir. Valtornalar əsas mövzunu yüksək səslə elan etdikdən sonra musiqi buradan davam etdirilir.
Kontrapunktal struktura malik olan trio hissəsi C major açarı üzərində yazılmışdır. Sketsounun sonuncu dönüşü zamanı o, aşağı səslə piççikato şəklində ifa edilir.
"Sketsou hissəsi simfoniyanın ümumi səslənməsi ilə müqayisədə daha yavaş templidir ki, bu da həmin hissə ilə trio arasında böyük fərq yaranmasına səbəb olmuşdur… Sketsou bu şəkili mərhələləi olaraq birinci hissədəki məşhur 'motto' (3 + 1) ilə qarışdırır və bu bütün hissə boyu davam edir."Lockwood, Lewis. Beethoven: The Music and the Life. W. W. Norton & Company. New York. ISBN 0-393-05081-5; pg 223
Dördüncü hissə: Allegro
Qalib və şən ruhlu final olan dördüncü hissə sketsoudan sonra fasilə verilmədən başlayır. Bu hissə sonatanın qeyri-adi bir formasında yazılmışdır: inkişaf bölümünün sonunda musiqi dominant ritimlə kəsilir, fortissimo ifa edilir və musiqi qısa fasilədən sonra sakit repriza şəklində sketsou hissəsindən "valtorna mövzusu" ilə davam etdirilir. Sketsou hissəsinin son sətirlərində qısa tanıtımlardan sonra ritmik artım müşahidə olunur və musiqi açılış mövzusuna geri dönür. Final Haydının 1772-ci ildə yazdığı Qırx altıncı simfoniyasının üçüncü hissəsinə bənzər musiqi ilə kəsilir. Bethovenin Haydnın həmin əsəri ilə tanış olub–olmadığı isə bilinmir.