Yaqublu (Quqark) — Pəmbək mahalının Quqark rayonunda kənd. Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd və rayon mərkəzi.
Tarixi Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.305 qeyd edilmişdir.
Toponimi Toponim yaqublu etnonimindənƏhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995. s.23 əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25. V.1983-cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur. XIX əsrdə Borçalı qəzasında Yaqublu və Nuxa qəzasında Yaqublu kənd adları ilə eynidir.
Əhalisi 1878-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 43 nəfər azərbaycanlı yaşamışdır.Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 52–53 XX əsrin əvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar buradan qovulmuşdur. 1988-ci ildə azərbaycanlı tamamilə əhalisi qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri