Baker & McKenzie () — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker () və Con Makenzi () tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.
Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır.
2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
İstinadlar
Xarici keçidlər Baker & McKenzie'nin rəsmi səhifəsi LawInContext – Baker & McKenzie'dən interaktiv bilik bazası LawPeriscope'da şirkətin profili
Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:1949-cu ildə yarananlar