Doğma xalqıma () — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film.

Məzmun Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.

Film haqqında "Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir.

Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Yan Frid, Hüseyn Seyidzadə Baş operator: Əlisəttar Atakişiyev Operator: Xan Babayev, Teyyub Axundov Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd Səs operatoru: Ağahüseyn Kərimov Bəstəkar: Niyazi Dirijor: Niyazi Musiqi redaktoru: Niyazi Baletmeyster: Qəmər Almaszadə Rejissor: Şua Şeyxov Rejissor assistenti: Məmməd Əlili, Əlisəttar Məlikov Filmin direktoru: Bəşir Quliyev Əsərlərindən istifadə edilən bəstəkar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli

Rollarda Bülbül — özü; Koroğlu Rəşid Behbudov — özü Qəmər Almaszadə Ağababa Bünyadzadə — Həsən xan Leyla Vəkilova Rəfiqə Axundova — gözəl Maqsud Məmmədov — özü Sona Aslanova — Nigar Azad Əliyev Nəcibə Məlikova — gəlin Əfrasiyab Məmmədov — təzəbəy Həsənağa Salayev — Koroğlunun dəlisi Əli Qurbanov — dənizçi Kazım Həsənov — vəzir Şövkət Ələkbərova — özü Məmmədsadıq Nuriyev — vəzir Kamil Qubuşov — ccəllad

Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 118–120.

Xarici keçidlər Filmi izlə , Родному народу anons AzərbaycanFilm-də РОДНОМУ НАРОДУ kino-teatr.ru-da РОДНОМУ НАРОДУ (1954) Az Cinema Online-da Родному народу kino-cccp.net-də Родному народу (1954)

Həmçinin bax

Kateqoriya:1954-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii-sənədli filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Hüseyn Seyidzadənin filmləri