AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe), yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir.

İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200-dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən  bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır.

Təşkilatın tarixi 1985

Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir. Məqsəd həmin dövrdə  Avropaya inteqrasiya prosesində olan maneələri aradan qaldırmaq idi. Franck Biancheri bütün prosesi idarə etdi və tezliklə bütün tələbələr EGEE konfransını gənc avropalılar üçün bir platformaya çevirmək istədilər. Təsisçilərin məqsədi, gənclər üçün Avropada olan məsələləri müzakirə etmək və yeni fikirlərini, ideyalarını həm Avropa, həm də milli qurumlara təqdim etmək üçün bir yer yaratmaq idi.

EGEE o dövrdə özünəməxsusluğu səbəbindən bir çox tələbəni şəhərlərində yerli qruplarını qurmağa təşviq edə bildi.

1986

Üç EGEE işçi qrupu yaradıldı: Sponsorluq, Təcrübə və Dillər üzrə araşdırma

EGEE, Nijmegen şəhərində sərhədlərarası inkişaflar mövzusunda bir konfransa ev sahibliyi edir.

Tədris ilinin əvvəlinə kimi EGEE -nin 26 filialı və 6000 üzvü var.

EGEE, Heydelberqdə Uzaq Şərq və Avropa əlaqələri mövzusunda bir konfrans təşkil edir.

EGEE, Tuluzada ilk Avropa Kosmos Həftəsi təşkil edir.

EGEE, Parisdə Avropada dərman sənayesi mövzusunda bir konfrans təşkil edir.

EGEE, Münhendə Avropa Pul Sisteminə dair bir konfrans təşkil edir.

EGEE, Le Monde "The Night of 7 European cities" (7 Avropa şəhərinin gecəsi) qəzeti ilə birlikdə yeddi fərqli şəhərdə tələbələrlə yüksək səviyyəli siyasətçilər arasında Avropanın gələcəyi ilə bağlı siyasi müzakirələr yayımlayır.

1987

EGEE, Fransa prezidenti Fransua Mitteranı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tələbə mübadiləsi proqramı olan Erasmus proqramının maliyyələşdirilməsini dəstəkləməyə inandırır.

ERASMUS proqramının blokdan çıxarılması dərnəyin əsas uğuru hesab olunur və o vaxt Avropa Komissiyasının təhsil müdiri Domeniko Lenarduzzi (1984–87) bunu müsahibədə təsdiqləmişdi.

EGEE, İspaniyada və Portuqaliyanın Avropa Birliyinə üzv olmasının birinci ildönümünü qeyd etmək üçün Madriddə Avropa Həftəsi təşkil edir.

1988

Ticarət nişanı adından istifadə hüququ ilə bağlı mübahisələrdən sonra adını EGEE -dən AEGEE -ə dəyişir.

"Yay Universitetləri" layihəsinə start verildi. Bu layihə gənclərə 2 həftə ərzində Avropanın bir şəhərində əsl Avropa təcrübəsi yaşatmağa imkan verir, onlara əsl mədəniyyətlərarası təcrübə verir və Avropaya qapıları açır.

1989

Berlin Divarının dağıdılmasından sonra, Salernodakı Agora AEGEE -ni Avropa Birliyi xaricində yerli şöbələr açır və bu, Dəmir Pərdədən kənara çıxan ilk Avropa təşkilatlarından biriydi.

Leypsiq Dəmir Pərdədən kənara çıxan ilk lokal oldu.

AEGEE, hüquq tələbələrin öz bacarıqlarını inkişaf etdirməsi üçün İnsan Haqları üzrə ilk Avropa Məhkəmə Müsabiqəsi təşkil edir.

Franck Biancheri AEGEE-Avropa fəxri üzvü mükafatını alır və Fəxri prezident olur.

1990

Parisdəki EGEE VI toplantısı əsnasında Les Anciens d'AEGEE-Europe quruldu.

"Your Key to Europe "(Sənin Avropaya açarın)-u təmsil edən yeni AEGEE loqotipi yaradıldı.

1991

Madriddə İlk Avropa Məktəbi 1 təlimi təşkil olunur.

1992

İstanbul AEGEE-nin ilk Türk yerli şöbəsi olaraq şəbəkəyə qoşuldu.

AEGEE ATƏT -də (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) məsləhətçi statusunu alır.

1993

AEGEE Avropa Şurasında (AŞ) rəsmi QHT statusu alır.

Georg von der Gablentz, "Şərq-Qərb DG" ilə işinə və AEGEE-nin Mərkəzi və Şərqi Avropaya açılması təşəbbüslərinə görə AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

Vittorio Dell'Aquila, "Yay Universitetləri" layihəsinin inkişafına verdiyi töhfəyə görə AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

Jeroen Hoogerwerf, bir çox vəzifəsi ilə şəbəkəyə verdiyi böyük töhfəyə görə AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

Michael Merker AEGEE-nin Şərqə yayılmasında və Dəmir Pərdə üzərində ilk yerli quruculuğunda iştirakına görə AEGEE-Avropa Fəxri Üzvlüyünü alır.

1994

AEGEE ilk veb-saytını hazırlayır.

1995

Ankara və daha sonra daha bir neçə türk yerli qurumları şəbəkəyə qoşulur.

AEGEE -nin qurulmasının 10 illiyi.

AEGEE Avropada nüvə sınaqlarına qarşı qəti şəkildə etiraz edir.

Zsuzsa Kigyos  Mərkəzi Şərqi Avropada AEGEE-nin qurulmasında rolu və AEGEE-Avropanın ilk qadın prezidenti olması səbəbindən AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

1996

1000 -dən çox tələbə, Orta və Şərqi Avropada inkişaf etməkdə olan vətəndaş cəmiyyətində tələbələrin nələr edə biləcəyini izah edən "Öz Yolunu Tap"(Find your way) konfrans seriyasında fəal iştirak edir.

AEGEE  baş ofisini Delftdən Brüsselə köçürür.

Philipp von Klitzing, AEGEE şəbəkəsinə “Strateji planlaşdırma” və İT infrastrukturunun idarə edilməsində sonsuz dəstək verdiyi üçün AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

1997

AEGEE Kiprə ilk səfərini təşkil edir. Bunun ardınca 2001 -ci ildə AEGEE-Mağusa yaradıldı.

AEGEE Avropada bütün tələbə hərəkətliliyi təşəbbüslərinin inkişafına töhfə verən “Sokrat” layihəsini həyata keçirdi.

1997 -ci ildə Avropa və Avro layihəsinin təqdim olunması, Avropa valyutasının istifadəyə verilməsindən 5 il əvvəl məlumatlılığı artırdı.

David Stulik  könüllü layihələr vasitəsilə daha yaxşı bir Avropa qurmaqda AEGEE-də fəal iştirakına görə Heinz-Schwarzkopf Vəqfi tərəfindən verilən "İlin Avropalı Gənci" oldu.

AEGEE Moldovaya və keçmiş Yuqoslaviyaya ilk araşdırma səfərini təşkil edir.

AEGEE Avropa Gənclər Forumunun üzv təşkilatına namizəd olur.

1998

AEGEE Transilvaniyaya araşdırma məqsədli səfərini təşkil edir.

AEGEE Avropa Gənclər Forumunun Tam Üzv Təşkilatı olur.

1999

Agora-Barselonada təlim və insan resursları üzrə AEGEE-Akademiyasının qurulması.

AEGEE İspaniya, Şimali İrlandiya, Kosovo, Cənubi Afrika və Bosniya və Herseqovinadakı münaqişə mövzuları ilə məşğul olan Sülh Akademiyası təşkil edir.

Stefan Recksiegel, AEGEE-nin İT infrastrukturunu daha da inkişaf etdirdiyi üçün AEGEE-Europe-dan Fəxri Üzvlük alır.

2000

Müharibə nəticəsində dağılmış Kosovadan olan tələbələrə xaricdəki universitetlərdə təhsil almağa kömək edən yeni bir təqaüd proqramı - "Education for Democrasy" təqdim edildi.

Payızda AEGEE-Beograd üzvləri Miloşeviçin məğlubiyyətini öyrənən ictimai məclisdə iştirak etdilər.

AEGEE genişlənən Avropa Birliyi üçün yeni bir təhsil proqramının hazırlanmasına töhfə olan “EURECA” -nı təqdim edir.

2001

AEGEE “Education for Democrasy” layihəsi çərçivəsində Cənub -Şərqi Avropa və Aralıq dənizi bölgəsində sülh və sabitliyə diqqət yetirən bir neçə böyük layihə təşkil edir.

Oana Daciana Avropanı Şərqi Avropa ölkələrindən olan gənclərə yaxınlaşdırmağa səy göstərdiyi üçün Heinz-Schwarzkopf Vəqfi tərəfindən "İlin Avropalı Gənci" mükafatını aldı.

Markus Schonherr Mərkəzi və Şərqi Avropadakı fəaliyyətləri, Moldovaya araşdırma məqsədli səfərləri və Avropada vizanı ləğv etmək üçün gördüyü işlərə görə AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

2002

AEGEE ən böyük və ən uğurlu layihələrdən birini – 2002 və 2005-ci illər arasında Türk-Yunan Vətəndaş Dialogunu başlatdı. 1990-cı illərdə Türkiyədə AEGEE lokallarının qurulması ilə münaqişə vəziyyətində olan qonşular arasında dialoqun qurulmasının zəruriliyini anladı. AEGEE öz təcrübəsinə və ilk günlərdə Türk və Yunan AEGEE üzvləri arasındakı gərgin münasibətlərə əsaslanaraq, AEGEE miqyasında əməkdaşlığın mümkün olduğunu və insanlar arasındakı dialoqun siyasi səviyyədə dialoqdan daha asan baş verə biləcəyini sübut etdi.

AEGEE-Eindhoven tərəfindən AEGEE-Televiziyasının işə salınması."AEGEE Television - History AEGEE.tv". Archived from the original

Michiel Van Hees  AEGEE-dəki geniş xidmətlərinə və "Öz Yolunu Tap"(Find your way), “Avropa” və “Avro“ layihələrindəki roluna görə AEGEE-Avropa Fəxri Üzvlük mükafatını alır.

2003

AEGEE, Avropada ali təhsilin uyğunlaşdırılmasına hazırlaşan və Bolonya Prosesini müzakirə edən bir layihəyə başlayır.

AEGEE -nin Qafqaza ilk təhsil səfəri.

AEGEE, Kiprin bufer zonasında ilk beynəlxalq tələbə konfransını təşkil edir.

AEGEE Avropa İttifaqı və Avropa layihəsinə başlayır.

AEGEE Avropa Beynəlxalq Hərəkatının (EMI) rəsmi üzvü olur.

2004

AEGEE, Beynəlxalq Siyasət İşçi Qrupu tərəfindən həyata keçirilən Avropa və Aİ layihəsində genişlənmiş Aİ -nin yeni qonşuları ilə dialoqa başlayır.

AEGEE, Gürcüstanda Tbilisi-də ilk yerli şöbəsini açır.

Anan Jahangirl Heinz-Schwarzkopf Vəqfi tərəfindən Avropaya İnteqrasiya prosesini Azərbaycanda gənclərə çatdırdığına görə "İlin Avropalı Gənci" mükafatını qazanır.

2005

AEGEE Praqada 20 illik yubileyini qeyd edir və "Avropaya Açar " –ın (Key to Europe) xüsusi nəşrini nəşr edir.

AEGEE Həyat Boyu Öyrənmə Platformasının (LLLP) üzv təşkilatına çevrilir.

Olivier Genking Aİ və Avropa layihəsindəki iştirakına, bir çox yeni lokalların qurulmasında, yeni layihələrin yaradılmasına və şəbəkəyə davamlı dəstəyinə görə AEGEE-Avropanın Fəxri Üzvlüyünü alır.

2006

AEGEE i qlobal gənclik çərçivəsində gəncləri  əməkdaşlıq və inkişafa yaxınlaşdıraraq “Youth Globalization” layihəsinə başlayır.

AEGEE əlil gənclərin hərəkətlilik problemi ilə məşğul olan THE BRIDGE- mobilliyi və əlilliyi birləşdirən layihəsini təqdim edir.

AEGEE, gənclərin siyasi prosesinə cəlb olunmasını və iştirakını artırmaq məqsədi daşıyan bir sıra təlim tədbirləri, konfranslar, siyasi kampaniyalar, təhsil və media fəaliyyətləri təşkil edərək “Take Control” layihəsinə başlayır.

Burcu Bercemen Heinz-Schwarzkopf Vəqfi tərəfindən AEGEE-nin Türk-Yunan Vətəndaş Dialoquna verdiyi öhdəliyə görə verilən "İlin Avropalı Gənci" mükafatını aldı.

Gunnar Erth  AEGEE-nin illik nəşrlərinin inkişafına verdiyi töhfəyə görə AEGEE-Avropa Fəxri Üzvlüyünü alır.

2007

AEGEE Strasburqdakı Avropa Parlamentinin binasında Avropa Birliyinin Model simulyasiyasını təşkil etdi.

AEGEE IFISO Rəyasət Heyətinə sədrlik edir və Avropa Komissiyası ilə maraqlı tərəflərin görüşünü təşkil edir. Yay Liderlik Məktəbi (LSS) yaradılır.

AEGEE AEGEE-Ankarada 7 fərqli nəslin işi sayəsində Türkiyəyə Erasmus proqramının genişləndirilməsində vasitəçi rol oynayır.

2008

AEGEE gənclərə səs verməyi təşviq etmək üçün Y Vote 2009 - Avropa Gənclər Seçimini təqdim edir.

“Sustaining our Future” layihəsi Hollandiyada Avropa Böyük Karl Gənclər Mükafatı Mükafatının milli qalibi oldu.

AEGEE qitədəki yuxarı sinif şagirdlərinin Avropada baş verən hadisələrdə fəal iştirak etmələrinə imkan verən “YOUrope Needs YOU!!!”(Avropanın sənə ehtiyacı var) adlı layihəsinə başlayır.

Tamuna Kekenadze Heinz-Schwarzkopf Vəqfi tərəfindən verilən "İlin Avropalı Gənci" mükafatını aldı.

2009

AEGEE “YOUrope Needs YOU!!!”(Avropanın sənə ehtiyacı var) layihəsinə görə Avropa Şarlem Gənclik Mükafatında 1 -ci yeri qazanır.

Y Vote 2009 Yunanıstan üçün “Avropa Böyül Karl Gənclik Mükafatı’nın milli qalibi oldu.

AEGEE Agora Ümumi Yığıncaqları zamanı Təhsil və Karyera Sərgilərini təqdim edir.

Silvia Baita uzun illər qadın liderliyin ən yaxşı nümunəsi olduğu üçün AEGEE-Avropa Fəxri Üzvlüyünü alır.

Kamala Schutze AEGEE "Yay Universitetləri" layihəsinə uzunmüddətli sadiqliyinə görə AEGEE-Avropa Fəxri Üzvlüyünü alır.