Borçalı qəzası (, ) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir.Словари и энциклопедии на Академике:

Tarixi 200px|thumb|right|Qafqaz regionunun baş xəritəsi, 1858-ci il 200px|thumb|right|Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il 1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.

Coğrafiya Borçalı qəzası yaradılmışdır . Qəza Lori, Borçalı, Trialeti və Yekaterinenfeld nahiyələrindən ibarət olmuş

Ərazisi 1835-ci ilə aid məlumata əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasının ərazisi 6.000 verst² idi. Bu ümumi ərazisi 40.000 verst² olan Gürcüstan quberniyası ərazisinin təxminən 15 %-nə bərabər idi. 1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası 6036.96 verst² ərazini əhatə edirdi.Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., стр. 42 Bu göstərici Tiflis quberniyasının 35904.14 verst² olan ümumi ərazisnin təxminən 17 %-nə bərabər idi. 1 yanvar 1926-cı il tarixinə olan məlumata əsasən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkib hissəsi olan Gürcüstan Sovet Sosialist Respublikasının Borçalı qəzası 2.348 km² ərazini əhatə edirdi.Народный Комиссариат Внутренних дел. Статистический отдел. Москва. 1926. Территориальное и административное деление Союза ССР на 1 января 1926 года.,стр. 196 Bu göstərici Gürcüstan Sovet Sosialist Respublikasının 51.739 km² olan ümumi ərazisinin 4.54 %-nə bərabər idi. BSE-nin I nəşri, VII cildində verilən məlumata əsasən isə Borçalı qəzası 2.970 km² ərazini əhatə edirdi.Большая Советская Энциклопедия. Первое издание. Том седьмой. Больница - Буковина. Москва, 31 августа 1927 года, стр. 200

Əhali 1804-cü ildə rus ordusunun apardığı kameral siyahıyaalmaya əsasən Rusiya İmperiyası himayəsində olan Kartli-Kaxeti çarlığının Borçalı distansiyasında 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.Тифлис, Канцелярии Наместника Кавказского. 1850. "Кавказский календарь на 1851 год", стр. 82 Onların 16.195 nəfərini (7.832 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) qara papaq turkleri (azərbaycanlılar) təşkil edirdi.Адольф Петрович Берже. Акты, собранные Кавказской Археографической комиссией. 1835-ci ilə olan məlumata əsasən Borçalı distansiyasında hər iki cinsdən toplam 25 min nəfər əhali yaşayırdı.Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Пространство и население, стр. 130 Etnik tərkib 1886-cı il

Şöbə - İcma - Kənd Əhali Azərbaycanlılar Şöbə İcma Kənd Ailə Kişilər Qadınlar Hər iki cins Ailə Kişilər Qadınlar Hər iki cins Nisbəti Borçalı 3 022 10 955 8 154 19 109 2 046 7 150 5 227 12 377 64.77% Baydar 295 1 001 858 1 859 294 1 000 858 1 858 99.95% Baydar 55 218 192 410 54 217 192 409 99.76% Böyük Bəylər 18 39 21 60 18 39 21 60 100% Bala Bəylər 12 28 40 68 12 28 40 68 100% Gültəpəli 21 49 46 95 21 49 46 95 100% Qurdlar 77 309 258 567 77 309 258 567 100% Lecbəddin 42 152 148 300 42 152 148 300 100% Böyük Muğanlı 52 152 109 261 52 152 109 261 100% Qırıxlı Muğanlı 18 54 44 98 18 54 44 98 100% Görarxı 296 1 153 940 2 093 296 1 153 940 2 093 100% Görarxı 231 894 741 1 635 231 894 741 1 635 100% İvanbəyli 65 259 199 458 65 259 199 458 100% Dəmirçihəsənli 451 1 738 1 201 2 939 451 1 738 1 201 2 939 100%

1897-ci il

+1897-ci il sa., Borçalı qəzası əhlisinin ana dilinə görə bölgüsüДемоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Борчалинский уезд - вес -Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905 Ana dili Kişilər Qadınlar Toplam Nisbəti toplam70 50158 086128 587100 % ermənicə24 98622 43747 42336.88 % azerbaycan turkcesi20 77916 96337 74229.51 % yunanca11 07410 31921 39316.64 % rusca4 4653 6248 0896.29 % gürcücə4 7713 0697 8406.10 % almanca1 2311 2652 4961.94 % ukrayınca9962451 241* osetincə61612628* avar-andi240...240* türkcə14319162* yəhudicə12528153* talışca151...151* farsca1201121* kürdcə6147108* italyanca8620106* kürəcə1011102* litovca53154* qazı-qumuxca və d.l.l.53...53* dargicə27...27* belorusca19...19* aysor (siro-xaldey)19...19* imereti16117* çeçencə8...8* fransızca437* meqrelcə516* çuvaşca4...4* latışca4...4* moldavca və rumınca...33* çexcə...11* digər10241062.64 %*

1908-ci il

1915-ci il +1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası əhalisiТифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., 42-45 стр. Etnik qrup Kişilər Qadınlar Toplam Nisbəti toplam98 73679 827178 563100 % erməni41 96034 28776 24742.7 % tatar31 67622 91854 59430.57 % urum15 03614 18729 22316.37 % rus6 2474 95111 1986.27 % polyak, alman və digərdigər Avropa xalqları2 0961 9704 0662.28 % kartvel1 4471 3532 8001.57 % yəhudi1791513300.18 % qafqaz dağlısı95101050.06 %

Kəndləri

Avranlı Aydar bəy Allahverdi Trialeti Hamamlı (Başkeçid) Ərcivan-Sarvan Arıxlı Axnat Aşqala Baydar (Sarvan) Barmaqsız Başköy (Barmaqsız) Başkeçid Beşdaşen Kəpənəkçi (Sarvan) Vorontsovka Gür Arx Qomareti Güney Qala Güləkərək Darbaz (Borçalı) Cəlaloğlu Güləkərək Dəmirçi Həsənli Disix Dmanisi Yekaterinenfeld Qəmərli (Başkeçid) Qaçağan (Sarvan) Kveşi Kirpili (Borçalı) Qızılhacılı (Marneuli) Qırıxlı (Sarvan) Qurtan Qoçulu (Borçalı) Maqart Nardevan Nikolayevka Novo-Pokrovka Orpeti Privolnoye (Loru) Sadaxlı Yuxarı Saral Saraçlı (Borçalı) Sarvan (kənd) Uzunlar (Loru) Faxralı Çoçkan Şahnəzər Şınıx (Borçalı) Şüləver Dağ Arıxlı

Mənbə

Энциклопедический словарь, под редакцией профессора Ивана Ефимовича Андреевского. Томь IV. Битбург — Босха. Издатели: Фридрих Арнольд Брокгаузь (Лейпцигь), Илья Абрамович Ефронь (Санкт-Петербургь). Санкт-Петербургь, Типо-Литография (И.А. Ефрона), Прачешный переулок № 6, 1891, стр. 451-452 Халăддин Ибраḣимли. "Азербайджанцы Грузии: историко-этнографический и социально-политический комментарий". Издательство "Европа", 2006. стр 156 "Qarabağ dünən, bu gün və sabah" - IX elmi-əməli konfransının materialları (2010-cu il): Loğman Nəsibli: Borçalı türk mədəniyyəti və əxlaqının beşiyidir Большая советская энциклопедия: Борчалинский уезд Ethno-Caucasus, Этнодемография Кавказа: Борчалинский уезд (1926 г.) Tarix. — Azərbaycan 1920–91–ci illərdə, səhifə 305–306. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017

İstinadlar

Həmçinin bax Tiflis quberniyası Borçalı distansiyası Borçalı xanlığı Borçalı

Kateqoriya:Tiflis quberniyasının qəzaları Kateqoriya:Borçalı qəzası