Lion Feyxtvanger (; ) — yəhudi əsilli alman yazıçı.

Həyatı Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb.

1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb.

1940-cı ildə alman qoşunları Fransanı işğal edərkən Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, çətinliklə xilas olub, ABŞ-a mühacirət etmişdir.

Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur. Yazıçının "Yəhudi Zyuss" (1925) pyesində, "Eybəcər hersoginya" (1923) və s. tarixi romanlarında xalq kütlələrinin rolu, sosial tərəqqinin inqilabi formaları şübhə altına alınır. "Yəhudi müharibələri" (1932), "Oğullar" (1935), "Gün gələcək" (1942) trilogiyası, "Yalançı Neron" (1936) dovrün mütərəqqi ictimai-siyasi ideyaları ilə səsləşirdi.

Yazıçının məşhur əsərləri sırasında böyük ispan rəssamına həsr olunmuş "Qoyya, yaxud idrakın məşəqqətli yolu" (1952), "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi" (1952) romanlarını qeyd etmək olar. Feyxtvangerin bir çox əsərləri ekranlaşdırılıb.

Ömrünün son illərini ABŞ-də keçirən yazıçı 1958-ci il dekabrın 21-də Los-Anceles şəhərində vəfat edib.

Xarici keçidlər Feyxtvanger Xatirə Kitabxanası Beynəlxalq Feyxtvanger Cəmiyyəti Lionun həyat yoldaşı Marta Feyxtvangerlə müsahibə

İstinadlar

Kateqoriya:Alman yazıçılar Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Münhendə doğulanlar Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Almaniya dramaturqları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Fransa yazıçıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Almaniya yazıçıları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər