Kiçik Qaraqoyunlu — Göyçə mahalının Basarkeçər rayonunda mövcud olmuş kənd. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilmişdir.

Tarixi Kiçik Qaraqoyunlu İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir.

Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.

1922-ci ildə burada 197 nəfər, 1926-cı ildə 212 nəfər, 1931-ci ildə 209 nəfər, azərbaycanlı yaşamışdır. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilərək ləğv edilmişdir.

İstinadlar

Xarici keçidlər http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-12.php

Kateqoriya:Göyçə kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri