Frensis Skott Fitscerald (, 24 sentyabr 1896 – 21 dekabr 1940-cı il) — ABŞ yazıçısı.
Həyatı Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Ailədə ona qədər iki uşaq dünyaya gəlib tələf olduğuna görə Skott arzuolunan uşaq olmuşdur. Onu ABŞ himninin sözlərinin -"Ulduzlarla bəzənmiş bayrağın" müəllifinin, onun ulu babası Frensis Skott Kinin (1779–1843) şərəfinə belə adlandırmışdılar. Ana babası Filip Makkuilan ABŞ-yə İrlandiyadan mühacirət etmişdir. Onun ailəsi tezliklə varlanmış, artıq "böyük" Makkullan boyük bir firmaya sahib olmuşdur. Onun atası adlı-sanlı irland əsilzadəsi olsa da arvadı Molli Makkuillanın ailəsi kimi zəngin deyildi və böhran zamanı tamam müflisləşmişdi. Molli Makkuillanın ailəsi onun Edvard Fitscerald ilə evlililiyinə razı olmasalar da, gənc ailəni tam şəkildə himayə etməyə məcbur idilər. Buna görə də Frensis Skott Fitscerald çox yaxşı təhsil ala bilmişdir; 1908–1910 — Sent-Pol Akademiyası, 1911–1913 — , 1913–1917 — Prinston Universiteti. thumb|200px|Frensis Skott Fitscerald həyat yoldaşı Zelda Fitscerald ilə Prinston Universitetində oxuyarkən Frensis Skott Fitscerald universitet futbol komandasında oynamış, universitet müsabiqələrində qalib olan hekayə və pyeslər yazmışdır. Məhz bu zamanlar onda yazıçı olmaq, musiqili komediya əsərləri yazmaq kimi həvəs və arzu oyanmış olur. Prinston Universitetində oxuyarkən Frensis Skott Fitscerald sinfi ayrı-seçkiliklə üzləşir. O, özü ilə varlı uşaqları arasında böyük fərq olduğnu his edirdi. 1917-ci ildə könüllü olaraq orduya gedir. Orada öz karyerasına nail olaraq, XVII piyada briqada komandiri Rayanın adytantına qədər yüksəlir. Bu dövrlərdə o, varlı ailədən olan, Alabama ştatının Montqomeri şəhərinin hakiminin qızı həsəd aparılacaq qədər gözəl Zelda Seyr ilə tanış olur. O, bu gözəlliyin müqabilində romanlarındakı prototip obrazları dir neçə dəfə Zelda adlandırmışdır. Skott 1919-cu ildə ordudan tərxis olunduqdan sonra, Zelda ilə izdivaca Seyr ailəsi razılıq vermədikdə, Skott Fitscerald Nyu-Yorka gələrək reklam agentliyində işləyir. Skott ədəbiyyat aləmində tanınmaq üçün çoxlu hekayə və şerlərini dərcilərdə çap etdirir. İlk cəhdlər uğursuz olur. Onun əlyazmalarını geri qaytarırlar. Bundan sarsılaraq Skott Fitscerald içkiyə qurşanır. Sonunda işini buraxaraq valideynlərinin yanına dönür. Burada o, çapa buraxılmayan "Romantiq eqoist" romanının əlyazmaları üzərində yenidən işləyir. 26 mart 1920-ci ildə roman "Cənnətin bu tərəfində" () adıyla işıq üzü görərək ona şöhrət qazandırır. 3 aprel 1920-ci ildə nəhayət Skott Fitscerald öz romanındakı Rozalindanın prototipi olan Zelda Seyr ilə evlənir. Bu roman Skott Fitsceraldın üzünə , kimi prestij jurnal və qəzetlərin qapılarını taybatay açmış olur. O, tezliklə varlanaraq həyat yoldaşına dəbdəbəli həyat bəxş etmiş olur. Daha sonra onları dövrün kral və kraliçası adlandırırdılar. Həyatın kefini çəkən Skott Fitscerald deyirdi:
"Bilmirəm, biz Zelda ilə gerçəyik, yoxsa mənim hər hansı romanımın personajları."
1930-cu ildə Zelda sinir sarsıntısı keçirir, bundan sonra ömrünün axırına qədər şizofreniyadan əziyyət çəkir. Bunun təsiri altında 1934-cü ildə Skott Fitscerald "Nəvazişli gecə" () romanını yazır. Bir sıra avtobioqrafik yazılarında özünün bu "ağrıyan yarasından", nikah uğrunda mübarizəsindən bir sözlə dəbdəbəli həyatının ağır səhifələrindən söhbət açır. Lakin roman ona bir o qədər də uğur gətirmir. Qızı ilə söhbətində o, Zeldanı bütün zənginlərə ünvanladığı belə bir ifadə ilə təsvir edirdi:
"Harada möhkəm olmaq lazımdırsa, zərif, harada güzəştə getmək lazımdırsa orada sərt."
Skott Zeldanın müalicəsi üçün Avropanın məşur klinikalarına baş çəkir. Lakin faydası olmur Zelda ilə münasibətlər daha da gərginləşərək boşanma ilə nəticələnir. 1934-cü ildə Skott Fitscerald həyatının sıxıntılı anlarını yaşayarkən "Nəvazişli gecə" (Tender is the Night) romanını yazır. ABŞ-yə qayıdaraq Skott Fitscerald Hollivudda ssenarist kimi fəaliyyət göstərir. Burada o, icmalçı Şeyla Qrem ilə tanış olur və həyatının sonunu onun ilə birlikdə keçirir. Keçmiş arvadı Zelda Şimali Karolina ştatındakı Eşvill şəhərindəki Haylend xəstəxanasında — ruhi xəstələr üçün stasionarda yerləşir. 1939-cu ildə Skott Fitscerald Hollivud həyatından bəhs edən "Sonuncu Maqnat" (The Last Tycoon, 1941) romanını yazmağa başlayır. Roman yarımçıq qalır. 21.12.1940 tarixində Frensis Skott Fitscerald ürəktutmasından — infarktdan Hollivudda vəfat edir. 1948-ci ildə isə Haylend xəstəxanasında baş verən yanğın nəticəsində Zelda Fitscerald həlak olur.
Yaradıcılığı
Əsərləri Romanlar: "Cənnətin bu tayı" (This Side of Paradise, 1920)
thumb|150px|"Cənnətin bu tayı" (This Side of Paradise, 1920) romanı, kitabın orijinal üz qabığı Frensis Skott Fitsceraldın 1920-ci ildə yazmış olduğu ilk klassik romanıdır. Əsərin qəhrəmanı Emori Bleyn () avropa köklü zəngin amerikan ailəsindən olub, yaraşıqlı, istedatlı lakin, lovğa, özünüsevən, şöhrətpərəst və yekəxana bir adamdır. Təhsildə hədsiz uğurlu olduğundan hətta dərsə pis hazırlaşan kimi də göstərməyə çalışarmış. İlk olaraq idmanda olan bacarıqsızlığı, onu müntəzəm məşqlərə vadar edir, nəhayətində uğurlar qazanmış olur. Hələ məktəbli olarkən onun əhatəsi qızlarla dolu idi. Onun tərbiyəsində şıltaq, ikiüzlü və riyakar anası Beatrisa və onun rəfiqəsi katoloi rahibəsi monsenyor Darsinin rolu böyük olmuşdur. Emorinin yeniyetmə vaxtı həyat doktirinası — həyatda seçilmək, sosial pilləkanın ən yüksək yerinə sahib olmaq olmuşdur. Məktəbə daxil olduqdan sonra o, çətinliklərlə üzləşir. Ona qarşı müasirləri tərəfindən olan pis münasibəti anlamayan Emori özünü atılmış və bədbəxt hiss edir. Müəllimi ona eqoist (xudpəsənd) olduğu üçün sevilmədiyini, hörmət edilmədiyini anladır. Futbolda əldə etdiyi şöhrət onu universitet qəzetinin redaktoru səviyyəsinə yüksəlməsinə səbəb olur. Lakin tənbəlliyi ucbatından riyaziyyat imtahanından kəsilən Emori redaktorluqdan uzaqlaşdırılır və o get-gedə xəyal qırıqlığına uğrayaraq hamı kimi müharibəyə geir. Geri döndükdən sonra dostunun bacısı Rozalinda Konnecə vurulur. Rozalinda da ona vurulsa da keçmiş vərdiş və xasiyyətlərinə görə Emori ilə evliliyə razılıq vermir. Tam yoxsullaşan Emori sosial ədalət uğrunda mübarizə aparmalı olur. O, hesab edir ki, "bütün uşaqlar üçün əvvəldən eyni imkan və şans verilməlidir".
Romandan sitatlar:
"Təcrübələndikcə insanlar səhvlərini dilə gətirirlər." (Oskar Vayld)
"Cilalanmayan istənilən almaz böyük görünür."
"Gün işığında qızları sevmirəm…"
Emorinin "Arsen Lüpen" pyesindən oxuduğu replika: "Əgər insan möhtəşəm aktyor və ya sərkərdə olmağa qadir deyilsə, onda onun üçün ən yaxşısı möhtəşəm cinayətkar olmaqdır."
— "Bu ki, kirdir, əgər sən bunu görmürsənsə deməli sən də natəmizsən."
"Gözəllər və lənətlənmişlər" (The Beautiful and Damned, 1922) thumb|150px|Gözəllər və nəhlətlənmişlər romanı, kitabın orijinal üz qabığı
"Gözəllər və nəhlətlənmişlər" Frensis Skott Fitsceraldın sayca ikinci romanıdır. 1921-ci ildə Metropolitan jurnalında hissə-hissə çap olunduqdan sonra, roman kitab kimi ilk dəfə 1922-ci ildə nəşriyyatı tərəfindən çap edilmişdir. Roman jaz dövründəki kübar amerikan həyatından bəhs edir. Güman olunur ki; romanın əksər süjetləri Skott və Zelda Fitsceraldların ailə həyatından götürülmüşdür.
Romanda 1920-ci ilin amerikan kübar cəmiyyətinin parlaq nümayəndələri Entoni Petç və onun arvadı Qlorinin həyatı təsvir edilir. Müəllif romanda azmış nəsildən: adlı sanlı və hədsiz zəngin insanlardan, onların yaxşı təhsil almış, qarşılarında heç bir məqsəd olmayan, hedonizm həyat tərzi sürən, heç bir xeyir verməyən, xoşbəxtliyi tapmayan varislərindən söhbət açır.
"Böyük Qetsbi" (The Great Gatsby, 1925)
thumb|150px|1925-ci ildə çap edilmiş kitabın orijinal üz qabığı. Böyük Qetsbi və ya Möhtəşəm Qetsbihttp://kulis.az/news/5018 Qetsbi Azərbaycana gəlib dahimi oldu? () — Frensis Skott Fitsceraldın sayca üçüncü romanı. Amerika ədəbiyyatında "Caz dövrünü" tipik əks etdirən bu roman 10 aprel 1925-ci ildə işıq üzü görmüşdürHoover, Bob (10 may 2013). "'The Great Gatsby' still challenges myth of American Dream". Pittsburgh Post-Gazette. Retrieved 10 may 2013.. Roman amerika modernizminin əhəmiyyət kəsb edən əsərlərindən sayılır. Fitscerald romanı Avropa səfər zamanı Parisdə bitirərək dərc etdirmişdir. Romanda hadisələr 1920-ci ilin Nyu-Yorkunda, Lonq Aylend adasında cərəyan edir. Birinci Dünya müharibəsi hərc-mərcliyindən sonra amerika cəmiyyəti inamlı çiçəklənmə dövrünə qədəm qoyur, ABŞ iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamış olur. Bu dövrdə ABŞ-də tətbiq olunan"Quru qanun" bir çox spirtli içki qaçaqmalçılarını və bununla məşğul olan alverçiləri milyonçi etmiş və mütəşəkkil cinayətkarlığın inkişafına təkan vermişdir. Zənginlərin füsunkarlığına heyran olan müəllif, əsərdə həmin dövrdə cəmiyyətdəki əxlaqsızlığı çılpaqlığı ilə göstərməyə çalışmışdır. Roman 24 000 tirajla nəşr edildikdən sonra Brodveydə və Hollivudda səhnələşirilsə də müəllifin sağlığında şöhrət qazana bilməmiş, unudulmuşdur. Roman ötən əsrin 50-ci illərində, müəllifin ölümündən sonra gündəmə gələrək populyarlaşmışdır. Sonrakı illərdə roman bir çox ingilis dilli orta və ali məktəblərdə ədəbiyyat dərsliyinə salınaraq məcburi bədii qirayət materialına çevrilmişdir. 1998-ci ildə roman XX əsrin 100 ən yaxşı ingilis dilli romanları arasında ikinci sırada yer almış olur. Müəllif əvvəlki iş və gücünü ataraq 1922-ci ildə "Tərəvəz" pyesini bitirdikdən sonra 1923-cü ildə "Böyük Qetsbi" romanını yazmağı planlaşdırır. Bu romanı dönə-dönə redaktə edən müəllif əsərin ona şöhrət gətirəcəyinə əmin idi. Sonralar o yazırdı: "Mən özümdə məndə heç vaxt olmayan böyük bir qüvvə hiss edirdim". Böyük Qetsbi müəllifin sayca üçüncü, həcmcə ən qısa və ən "Böyük" romanıdır. Bu romanın sehri, onun hər il Amerikada yüzminlərlə yeni-yeni oxucu tapmasındadır. "Nəvazişli gecə" (Tender is the Night, 1934) Hadisələr Avropada cərəyan edir. Amerikalı gənc istedadlı həkim-psixiatr Dik Dayver Birinci Dünya müharibəsi illərində İsveçrədə klinikada işləyir. Bu zaman o, patsiyentizəngin və adlı sanlı ailədən olan Nikola vurulur və onunla evlənir. Qohumlar bu nikahı ümidsiz adlandırırlar. Nikol xəstəkanadan evə yazıldıqdan sonra Dik həkim və ər rollarını növbələşdirməli olur. O, Rivyer sahilində iqamətgah tikdirərək orada qapalı həyat sürürlər. Tezliklə onların övladı dünyaya gəlir. Dik həyatcanlı və çox aktiv bir şəxsdir. Çoxlu dostları ona tez-tez baş çəkərdilər. Bir gün evinin yanındakı mehmanxanaya on səkkiz yaşlı amerikalı aktrisa Rozmari qonaq düşür. Dik və Rozmari bir birilərinə vurulurlar, lakin onların sevgisi baş tutmur. Rozmari film çəkilişləri ilə əlaqədar getməli olur. Üstündən dörd il keçir. Bu müddət ərzində Dik doktor Frans ilə birlikdə Nikolun vəsaiti hesabına psixiatriya xəstəxanası açırlar. Təsadüfən Dik Amerikadan atasının dəfnindən geri dönərkən Romada Rozmeri ilə görüşür. Sevgililər bir neçə gün birlikdə keçirirlər və yenə uzun müddətə ayrılmalı olurlar. Dikin həyatının uğursuz günləri başlayır: Romada həbs edilir, sonra xəstəxananın işlərindəki pozuntular və Dik xəstəxanadan getməli olur. Yaş ız işini görür, daha sonra içki. Ona daha həkim kimi müraciət edən olmur. Dikin Rozmeri ilə üçüncü gırüşü zamanı Nikol bundan şübhələnərək özünə aşiq taparaq boşandıqdan sonra ona ərə gedir. Dik isə ABŞ.a dönərək bir müddət tənha həyat sürürdükdən sonra bir qadınla tanış olaraq onunla yaşayır.
Romandan sitatlar:
"Bəla ondadır ki, ayıq olanda sən heç kimi tanımaq istəmirsən, sərxoş olanda da səni heç kim tanımaq istəmir."
"Mən qadınam; mənim vəzifəm bərkitmək və əlaqələndirməkdir."
"Bəzən özünü əzabdan məhrum etmək, zövqdən məhrum etməkdən daha çətin olur."
"Qadın isə istedadlı və bacarıqlı kişini özünə ər seçir, sonra da ona (kişiyə) onu (qadını) məğlub etmək çətin olur, ara-sıra o (qadını), özünü məğlub kimi göstərsə belə."
"Heç vaxt əminliklə deyə bilməzsən, yad həyatda hansı yeri tutursan."
"Əgər baş qarışıqdırsa, verilən vəd qiymətli ola bilərmi?"