Məzmun Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır.

Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir.

Film haqqında Kukla filmidir.

Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Mirzə Rəfiyev Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev Rejissor assistenti: Hafiz Əkbərov Multiplikasiya rəssamı: Rauf Dadaşov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Əziz Şeyxov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258–263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Kukla filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri