İsmayıl ibn Yəsar () — VII–VIII əsr Azərbaycan əsilli, Hicazda yaşamış ərəb ədəbiyyatı şairiAbu’l-Faraj Eṣfahānī, Ketāb al-āḡānī IV, Beirut, 1956.Brocklemann, GAL I, p. 60; S. I, p. 95.Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.90–91; Azərbaycan şairi Musa Şəhəvatın qardaşı.
Həyatı VII–VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir.
İbn Quteybə (828–889) İsmayıl ibn Yəsarı əslən azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov da məhz ona istinadən bu faktı təsdiqləyir. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsas olmadan İsmayıl ibn Yəsarı fars şairləri siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir.Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII–XII əsrlər). Bakı, 1983
Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828–889) "Şeir və şairlər" ("الشعر و الشعراء") əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır. Məşhur alman şərqşünası Karl Brokkelman "Ərəb ədəbiyyatı tarixi" ("تاريخ الادب العربي") və ərəb alimi Ömər Fərrux "Ərəb ədəbiyyatı tarixi" ("تاريخ الادب العربي") əsərlərində İbn Quteybənin fikirlərini əsas götürərək şairin Azərbaycandan olduğunu qeyd etmişlər.
İsmayıl ibn Yəsarın anadan olma tarixi barəsində mənbələrdə heç bir məlumat verilməsə də, ibn Qüteybə və əl-Mərzubani onun Mədinə şəhərində doğulduğunu qeyd etmişdir.Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII–XII əsrlər). Bakı, 1983, səh.53
Malik Mahmudov yazmışdır: ""Nəğmələr kitabı"nda söylənilir ki, Əbdul Malik ibn Mərvan xilafətin başına keçdikdən sonra (685–705) İsmayıl ibn Yəssar Urva əz-Zubeyrə ilə ona mədhiyyələr həsr etmiş və onun ardıcıllarına çevrilmişlər."
M. Mahmudov İsmayıl ibn Yəssarın artıq 685-ci ildə tanınmış şair olduğu qənaətinə gəlmişdir. G. Baxşəliyevanın monoqrafiyasında əl-İsfəhaninin dedikləri sözbəsöz tərcümə olunmuşdur: Professor Malik Mahmudov İsmayıl ibn Yəsarın nəslinin şairlər nəsli olduğunu, mənbələrdə onun iki qardaşının (Musa Şəhəvat və Əbül-Abbas), Məhəmməd adında oğlundan bəhs edildiyini bildirmişdir. Tədqiqatçı həmin şairlərin şüubiyyə hərəkatının tərəfdarları olduğunu yazmışdır.
İsmayıl ibn Yəssar zəngin poetik ənənələr mühitində böyümüş, üzün ömür sürmüş və son illərini Xəlifə II Mərvanın (744–749) hakimiyyəti illərində keçirmişdir.
Yaradıcılığı O bir neçə janrda şeir yazmışdır. bunlardan mədhiyyə, satira, mərsiyə və fəxriyyələrini qeyd etmək olar. O ərəb şeiriyyatına Şüubi, yəni millətçi şeir növü adlanan yeni bir növ gətirmişdir. Bu istiqamətdə yazdığı şeirlərə görə təhqir edilmiş, həyatına bir neçə dəfə sui-qəsd edilmişdir. Sonra Hicaza sürgün edilib məsxərəyə qoyulmuşdur.
İstinadlar
Həmçinin bax Azərbaycan ədəbiyyatı Musa Şəhəvat
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:VII əsrdə doğulanlar Kateqoriya:Mədinəlilər Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:VIII əsr ərəbdilli şairlər