Qarşılıqlı yardım: Təkamül amili () Pyotr Kropotkinin "Etika" ilə birlikdə iki ən mühüm kitablarından biridir. "Qarşılıqlı Yardım" "Etika"dan öncə çap olunaraq sözügedən kitabda bəhs olunan tezislərin əsaslarını qüvvətləndirmişdir.
Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərindən fərqli olaraq Kropotkin bu əsərində yüzlərlə örnək vasitəsilə təbiətdəki gücsüz fərdin qarşılıqlı yardım yolu ilə güclü cəmiyyət yaradaraq düşməninə qarşı mübarizə apara bildiyini qeyd etmişdir.
İstinadlar
Kateqoriya:Fəlsəfə kitabları