Məğlubedilməz və ya Çətin ölmək () — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" () novellası əsasında çəkilmişdir.
Məzmun Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir. Yeganə ələ keçirilməyən şəxs isə Con Makleyndir. Bu hadisədən sonra MakKleyn təkbaşına onlarla mübarizə aparmağa başlayır.
Maraqlı faktlar Brüs Uillis bu filmə görə 5 milyon dollar mükafat almışdır. Filmdə "Nakatomi Plaza" adı ilə göstərilən göydələn, əslində "20th Century Fox" kinokompaniyasına məxsus olan "Fox Plaza" göydələnidir. Alan Rikman filmin sonunda 6–7 m-dən tullanır. Lakin bunu göstərmək üçün ilk növbədə filmin refissoru tullanmağa məcbur olur. Film heyəti üçə qədər saymamış Alan Rikman tullanır və dizindən zədə alır.Məğlubedilməz Kinopoisk.ru saytında
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin polis filmləri Kateqoriya:ABŞ-də terrorizm haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:FTB haqqında filmlər Kateqoriya:Girov götürmə haqqında filmlər Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Qatillər haqqında filmlər Kateqoriya:İngilis dilində Milad filmləri Kateqoriya:Silver Pictures filmləri Kateqoriya:Coel Silverin prodüseri olduğu filmlər Kateqoriya:İspanca filmlər