Romeo və Cülyetta ( , ) – rus bəstəkarı Sergey Prokofiyev tərəfindən ingilis şairi Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında bəstələnmiş balet. Bu balet dünyada ən çox səhnələşdirilən və əksər böyük balet şirkət və teatrlarının repertuarına daxil olan əsərlərdəndir. Prokofiyev baletin musiqisini orkestr üçün üç süitası və bəzi pianino işləri əsasında formalaşdırmışdır.

Tarixi Balet Sergey Radlov və Adrian PiotrovskiThe People's Artist by Simon Morrison, p.32 tərəfindən (o əvvəlcə Romeo və Cülyetta mövzusunun Prokofiyevin özü tərəfindən işlənməsini məsləhət görmüşdür) yaradılmış libretto əsasında, Prokofiyev tərəfindən 1935-ci ilin sentyabrında, Kirov Baletinin (indiki Mariinski teatrı) sifarişi ilə tamamlanmışdır. Orijinal halında balet "xoşbəxt" sonluqlu olsa da, iki tanınmış tənqidçi – "Pravda" qəzetinin tənqidçilərindən biri olan Şostakoviç və "azmış modernistlər"dən olan Piotrovskinin də aralarına daxil olduğu bir çox tənqidçilərin mənfi rəylərindən sonra əsərə bir az diqqət çəkiçi və həyəcanlandırıcı səhnələr əlavə edilmişdir.Clark, p. 291 Baletin musiqisinin yaradılmasında istifadə edilmiş süitalar əvvəlcədən Moskvada və ABŞ – da dinlənilmiş olsa da, tam halda balet 30 dekabr, 1938-ci ildə Çexoslovakiyanın Brno şəhərində ictimayətə təqdim edilmişdir. Əsərin bu gün daha çox istifadə olunan önəmli versiyası isə Leonid Lavrovskinin xareoqrafik quruluşunda, baş rollarda Qalina Ulyanova və Konstantin Sergeyev olmaqla 11 yanvar, 1940-cı ildə Sankt-Peterburq (o zamankı Leninqrad) şəhərindəki Mariinski teatrında (o zamankı Kirov teatrı) təqdim edilmişdir.

1962-ci ildə Ştutqart Baletində "Romeo və Cülyetta" baletinin Con Krankonun təqdimatında təqdim edilməsi ilə şirkət dünya şöhrəti qazanmışdır. Həmin təqdimatda əsərin ABŞ premyerası 1969-cu ildə həyata keçirilmişdir.

1965-ci ildə Royal Balet şirkəti xareoqraf Sör Kennet MakMillanın təqdimatında baletin "Covent Garden"da Kral Opera Evində təqdimatı keçirilmişdir. Səhnə və kostyum dizayneri Nikolas Corcaydis olan bu tədqimatda Marqot Fonteyn və Rudolf Nureyev əsas xarakterlərə yeni həyat vermişlər. Eyni zamanda Cülyütta rolu Fonteynin bitməkdə olan kariyerasında yeni canlanmaya səbəb olmuşdur.

Baletin bir Amerika şirkəti tərəfindən ilk təqdimatı 1984–1985-ci il teatr mövsümündə, "Joffrey Balet" tərəfindən həyata keçirilmiş, balet, Nyu-Yorkda Nyu-York Dövlət Teatrında, Vaşinqtonda isə Kennedi Mərkəzində göstərilmişdir.

1985-ci ildə baletin Sergey Lazlonun təqdimatında, Budapeştdə, Macar Milli Baletində premyerası keçirilmişdir.

2007-ci ildə Nyu-York Şəhər Baletində Prokofiyevin musiqisi əsasında "Romeo + Juliet" tamaşası təqdim edilmişdir.

4 iyul, 2008-ci ildə Prokofiyevin ailəsinin razılığı və Rusiya Dövlət Arxivinin icazəsi ilə bəstəkarın şəxsən yazdığı librettonun dünya premyerası keçirilmişdir. "The People's Artist: Prokofiev's Soviet Years" tədqiqatının müəllifi, musiqişünas Simon Morrison həmin librettonu Moskva arxivlərinin birindən tapmış, icazə aldıqdan sonra bütün librettonu bərpa etmiş, Mark Morris ona yenidən xareoqrafik quruluş vermişdir. Layihənin premyerası Nyu-Yorkda "Fisher Center for the Performing Arts at Bard College"də keçirilmişdir. Daha sonra balet Berkli, Norfolk, London, Nyu-York və Çikaqoda göstərilmişdir.

Strukturu I Pərdə I Səhnə No 1 Introduction No 2 Romeo No 3 Küçənin canlanması No 4 Səhər rəqsi No 5 Savaş No 6 Döyüş No 7 Şahzadə əmr verir No 8 Interlude II Səhnə No 9 Bal üçün hazırlıq (Cülyetta və qulluqçusu) No 10 Gənc qız Cülyetta No 11 Qonaqların gəlişi (Minuet) No 12 Maskalar No 13 Cəngavərlərin rəqsi (və ya Montekkilər və Kapuletilər) No 14 Cülyettanın dəyişməsi No 15 Merkuçio No 16 Madrigal No 17 Tibaltın Romeonu görməsi No 18 Qonaqların dağılışması (Gavotte) (Bu nömrə Prokofiyevin 1 No. – li simfoniyasının üçüncü hissəsinin adaptasiyasıdır. ) No 19 Eyvan : Səhnə No 20 Romeonun dəyişməsi No 21 Sevgi rəqsi II Pərdə I Səhnə right|thumb|350px|Baletin 1999-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilməsi No 22 Xalq rəqsi No 23 Romeo və Merkuçio No 24 Beş cütlüyün rəqsi No 25 Mandolinalarla rəqs No 26 Qulluqçu No 27 Qulluqçu Romeoya Cülyettadan məktub gətirir II Səhnə No 28 Romeo Keşiş Laurenslə birgə No 29 Cülyetta Keşiş Laurenslə birgə III Səhnə No 30 İnsanlar əylənməyə davam edirlər No 31 Yenidən xalq rəqsi No 32 Tibaltın Merkuççio ilə görüşməsi No 33 Tibalt və Merkuççionun savaşması No 34 Merkuççionun ölümü No 35 Romeo Merkuççionun ölümünə görə intiqam almağa qərar verir No 36 Final III Pərdə I Səhnə right|thumb|350px|Baletin Bolşoy teatrda səhnələşdirilməsi zamanı Artyom Ovçarenko Romeo, Nina Kaptsova isə Cülyetta rolunda No 37 Introduction No 38 Romeo və Cülyütta (Cülyüttanın yataq otağı) No 39 Axırıncı vədalaşma No 40 Qulluqçu No 41 Cülyütta Parislə evlənməkdən imtina edir No 42 Tənha Cülyetta No 43 Interlude II Səhnə No 44 Keşiş Laurensin yanında No 45 Interlude III Səhnə No 46 Yenidən Cülyüttanın yataq otağı No 47 Yalnız Cülyütta No 48 Səhər serenadası No 49 Qızların su zanbaqları ilə rəqsi No 50 Cülyetta cənazə başında Epiloq No 51 Cülyetta cənazə mərasimində No 52 Cülyettanın ölümü

İnstrumentasiya

Bütün klassik əsərlərin instrumentasiyasında istifadə edilən musiqi alətləri xaric, "Romeo və Cülyetta"nın musiqisinin ifa edilməsi üçün tenor saksofonlara da ehtiyac vardır. Solo və orkestrın tərkibində istifadə edilən bu musiqi aləti əsərin səslənməsinə bənzəri olmayan bir xüsusilik əlavə etmişdir. Prokofiyev musiqiyə italiyansayağı görünüş vermək üçün cornet, viola d'amur və mandolinalardan istifadə etmişdir.

Tam instrumentasiya üçün aşağıdakı musiqi alətlərindən istifadə edilir:

Taxta nəfəs alətləri: pikkolo, 2 fleyta, 2 qoboy (ikincisi ingilis rojoku ilə əvəz edilir), ingilis rojoku, iki klarnet (ikincisi E-flat klarnetlə əvəz edilə bilir), bass klarnet, 2 faqot, kontrafaqot, tenor saksofon. Metal nəfəs alətləri: 6 valtorna, 3 truba, kornet, 3 trombon, tuba. Zərb alətləri: litavra, kiçik baraban, ksilofon, üçbucaq, taxta qutular, marakas, zənglər, dəf, kolakola (a’’), tava, böyük baraban. Dilli musiqi alətləri: pianino, çelstra, orqan. Simli musiqi alətləri: 2 mandolina, viola d'amur (və ya viola).

Musiqinin hazırlanmasında istifadə edilmiş süitalar

Süita No. 1 Romeo və Cülyettadan, Op. 64 bis Xalq rəqsi Səhnə (Küçənin canlanması) Madrigal Minuet (Qonaqların gəlişi) Maskalar Romeo və Cülyütta Tibaltın ölümü

Süita No. 2 Romeo və Cülyettadan, Op. 64 ter Montekkilər və Kapiletilər Balaca Cülyetta Keşiş Lauriens Rəqs Romeo və Cülyetta ayrılmamışdan əvvəl Qızların su zanbaqları ilə rəqsi Romeo və Cülyettanın məzarı

Süita No. 3 Romeo və Cülyattadan, Op. 101 Romeo fəvvarənin yanında Səhər rəqsi Cülyetta Qulluqçu Aubade (Səhər serenadası) Cülyettanın ölümü…

Pianinoda ifa üçün on kiçik əsər, Op. 75 Prokofiyev 1937-ci ildə Romeo və Cülyettada istifadə üçün seçdiyi musiqiləri – Pianinoda ifa üçün Op. 75 on kiçik əsər əsəri istifadə etməmiş,lakin daha sonra onları özü təqdim etmişdir.

Xalq rəqsi Səhnə: Küçənin canlanması Minuet: Qonaqların gəlişi Gənc qız Cülyetta Maskarad Montekkilər və Kapulettilər Keşiş Laurens Merkuççio Qızların su zanbaqları rəqsi Romeo və Cülyetta ayrılmamışdan əvvəl

Ədəbiyyat Clark, Katerina Petersburg: Crucible of Cultural Revolution (Cambridge, Massachusetts: Harvard University Press, 1995) Morrison, Simon The People’s Artist: Prokofiev’s Soviet Years (Oxford: Oxford University Press, 2008)

İstinadlar

Xarici keçidlər

Romeo and Juliet Rudolf Nureyev təəfindən xareoqrafik quruluş verilmiş balet Romeo & Juliet, On Motifs of Shakespeare: prokofiyevin orijinal librettosunun Simon Morrison tərəfindən bərpa layihəsi haqqında website

Həmçinin bax

Kateqoriya:Romeo və Cülyetta Kateqoriya:Rusiyada balet Kateqoriya:Sergey Prokofyevin baletləri Kateqoriya:Sergey Prokofyevin süitaları Kateqoriya:1938-ci ilin musiqi əsərləri Kateqoriya:1938-ci ilin baletləri