Dolf Lundqren (, ) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır.
Həyatı Uşaqlıq illəri və idman karyerası Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi:
"Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi"
Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi. Buna baxmayaraq Lundqren idmanla maraqlanır. Əvvəlcə 16 yaşında Dzü-do, sonra Qodzyu-ryu, daha sonra Kyokuşinkay ilə məşğul olur. 1977-ci ildə İsveçdə Karate üzrə çempion adına layiq görülür və bu çempionluğunu 3 il davam etdirir. 1979-cu ildə çempionata qatılan Lundqren bu müddətdə Yaşıl kəmərə sahib idi. Amma turnir üçün ona Qəhvəyi kəmər lazım idi. Bu səbəbdən Lundqren dostlarından birinin kəmərini mənimsəyərək turnirə qatılmışdır. Lundqren turnirdə iştirak edir və ilk iki rəqibini nokauta uğradır. Lakin üçüncü rəqibi Qara kəmərə sahib olan yaponiyalı Makuto Nakamura, Lundqreni çox çətinliklə olsa da, məğlub edir və hakimlərin qərarı ilə turnirin qalibi olur. Buna baxmayaraq Lundqren çıxışı ilə tam razı idi və bu hadisədən bir il keçdikdən sonra İsveç Karate komandasının kapitanı olur. Lundqren 1980-cı ildə Böyük Britaniyada açıq karate üzrə çempionatda Karate üzrə çempion olur və bu titulu Avstraliyada 1982-ci ildə qoruyur.
Hərbi xidmət və təhsil Dolf Lundqren məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə yollanaraq, Vaşinqton və Klemson Universitetlərində kimya bölməsi üzrə oxumağa başlayır. Lakin hərbi xidmətə çağırışı ilə əlaqədar olaraq Dolf Lundqren İsveçə geri dönür. 1979-cu ildə hərbi çağırışa yollanan Dolf Lundqren "İsveçin 1-ci polk üzrə dəniz qoşunları" () kateqoriyasının "Hərbi dənizçilər" bölməsi ) üzrə oxuyur. Lakin Dolf Lundqren fiziki zədə aldıqdan sonra kapral vəzifəsini alaraq, sahildə çalışmağa başlayır. Fiziki zədə almasına baxmayaraq Dolf Lundqren hərbi müddətini müvəffəqiyyətlə bitirir. Ardınca Stokholmda İsveç Kral Universitetində təhsil alır. Burada "Kimyəvi maşınqayırma" üzrə bakalavr dərəcəsində diplom alır. 1982-ci ildə Sidney Universitetində "Kimyəvi maşınqayırma" üzrə magistr dərəcəsində diplom qazanır. Daha sonra Massaçusets Universitetində oxumağa başlayır. Burada təhsil alan zaman Lundqren gecə klublarında işləməyə başlayır. Qreys Cons adlı müğənni onu burada görür və öz cangüdəni təyin edir. Lundqren və onun arasında sevgi münasibəti yaranır. Bu səbəbdən Lundqren Bostona getmək əvəzinə, Nyu-Yorka yollanır. Burada Dolf Lundqren Manhettendə yerləşən «The Limelight» (hal-hazırda bu gecə klubu fəaliyyət göstərmir) adlı gecə klubunda çalışmağa başlayır.
Film karyerası 1985-ci ildə müğənni Qreys Cons Lundqrenə "Öldürmək üçün təsvir" filmində kiçik rola çəkilməsinə kömək edir. Lundqren Rocer Murun baş rol aldığı "Ceyms Bond" seriyalarından olan bu filmdə KQB agenti rolunu canlandırmışdır. 1985-ci ildə Rokki 4 filmində İvan Draqo rolunu ifa etmək üçün aktyor tələb olunur. Bu zaman Lundqren öz şəklini və videosunu film üçün göndərir və 5000 nəfər arasından bu rol üçün seçilir. Silvestr Stallone ona filmdə həqiqi döyüşməyi təklif edir. Əvvəlcə Lundqren imtina etsə də, sonradan razılaşır. Filmin sonunda Dolf Stallonenin iki diz qapağını sındırır və Stallone xəstəxanaya göndərilir. Bir müddət keçdikdən sonra Stallone sağalır və filmin son səhnəsi yenidən çəkilir. Filmin tam çəkilişi bitdikdən sonra Dolf "İvan Draqo" ilə populyarlıq qazanır. 1987-ci il istehsalı olan "Kainatın sahibləri" filmində dövrün kult halına gələn televiziya cizgi film qəhrəmanı olan "He-Men" rolunu canlandıran Lundqren, bu film ilə az populyarlıq əldə edir. Qırmızı əqrəb filmi ilə məşhurluğunu daha da artırır. Ardından "Marvel" komiks jurnalının cizgi roman qrupuna aid olan bir intiqam sui-qəsdçisi olan Cəzalandırıcı filminin eyniadlı personajını canlandırmışdı. Kiçik Tokioda mübahisə filmində Brüs Linin oğlu Brendon Li və əvvəllər kiçik rolları ilə tanınan Yapon əsilli ABŞ aktyoru Keri-Hiroyuki Taqava ilə birgə çəkilir. ABŞ-nin gündəlik jurnalı olan "Varyete", səhifələrin birində dərc etmişdir ki, əgər Dolf Lunqrenin əzələdən çox, aktyorluq karyerasına daha çox vaxt ayırsaydı, Jan-Klod Van Damm kimi məşhur aktyor olardı. "Los Angeles Times" jurnalının tənqidçilərindən biri olan Devid Foks, bu filmi yüksək qiymətləndirmişdir.
Jan-Klod Van Damm ilə oynadığı Universal əsgər filmində Vyetnamda öldükdən sonra ordu əməliyyatlarına göndərilən Kiborq rolunu oynayarkən, döyüş sənətlərindən bəslənən pis xarakterləri canlandırmağa davam etdi. Döyüş-qorxu tərzində olan Qaranlıq mələyi filmində insanları öldürən yadplanetlini tutmağa çalışan agenti, Kianu Rivz ilə çəkildiyi "Conni Mnemonik" filmində özünü İisus Xristos adlandıran dəli qatil rolları adını hər kino tamaşaçı kütləsinə çatdırmış və tanıtmağı bacarmışdır. Karyerasının sonlarına doğru gedərək daha keyfiyyətsiz filmlərdə görünməyə başlayan Lundqren, bu vəziyyətdən narahat olduğu üçün 2002-ci ildə kino karyerasına fasilə verərək, ailəsinə daha çox zaman ayırmaq qayğısı ilə bu qərarı aldığını ifadə etdi. Dolf Lundqren bundan sonra filmlərdə çox az görünürdü. 2010-cu ildə "Qabağıalınmazlar" filminə çəkilərək Yansen rolunu canlandırmışdır. Bu film Lundqrenin uzun fasilədən sonra çəkildiyi ən yaxşı filmi idi. 2012-ci ildə isə filmin ardı olan "Qabağıalınmazlar 2" filmində yenidən Yansen rolunu canlandırmış və populyarlıq əldə etmişdir.
Şəxsi həyatı Dolf Lundqren Qreys Cons, Pola Baryeri, Cenis Dikinson, Stefani Adams, Samanta Filips və Lesli Enn Vudvord kimi aktrisa və modellər ilə görüşürdü. Sonda İsveçli dizayner Anett Kviberq ilə 1990-cı ildə görüşərək onunla evlənməyi 1993-cü ildə planlaşdırır. Dolf Lundqren ilə Anett Kviberqin toyları 1994-cü ildə İspaniyada olur. Bal ayıları isə Mərakeşdə keçir. Onların bir qızı və bir oğul övladları olur. Rəsmi məlumatlara, əsasən, 2011-ci ildə Lundqren və Anett boşanırlar. Dolf Lundqren boşandıqdan sonra başqası ilə görüşməyə başlamışdır.
2010-cu ildə Dolf Lundqrenin İspaniyanın Marbelye şəhərindəki evi silahlı cinayətkarların hücumuna məruz qalıb. «Daily Mail» qəzetinin məlumatına görə, üzlərində maska olan üç silahlı şəxs onun malikanəsinə daxil olaraq həyat yoldaşı Anettin əl-qolunu bağlayandan sonra pul və zinət əşyalarını tələb ediblər. Cinayətkarlardan biri təsadüfən masanın üzərindəki ailə şəklini görüb və onlar kimin evinə gəldiklərini anlayıblar. Bundan sonra onlar dərhal aradan çıxıblar. Anett isə bir qədər sonra əl-qolunu açaraq polis çağırıb və həyat yoldaşına zəng edib. Qəzet yazır ki, cinayətkarlar evin kişisi ilə üzləşməyə əvvəlcədən düşünməyiblər. Bu görüş onlar üçün faciə ilə nəticələnə bilərmiş. Çünki Lundqren karate üzrə qara kəmər sahibidir. Qeyd olunur ki, Rokki 4 filminin çəkilişləri zaman Lundqren zərbəsinin gücünü düzgün hesablamayaraq Silvestr Stalloneni nokauta göndərib. Stalloneni ayıltmaq üçün həkimlərin müdaxiləsi tələb olunub. Lundqrenin evinə girən oğruları tapmaq üçün polislər dərhal təhqiqata başlayıb. Lundqrenin qonşularından biri olan Antonio Banderas evinin mühafizəsini gücləndirmişdir. Bu müddətdə Dolf Lundqren iki film çəkilişində olmuşdur. Lundqren Jan-Klod Van Dammla birlikdə «Universal əsgər» filminin üçüncü hissəsində və Silvestr Stallonenin çəkdiyi Qabağıalınmazlar filmində iştirak edirdi.
Həmin ildə Dolf Lundqren Ceyson Stethem və Silvestr Stallone ilə Kiyevdəki əyləncəsi qanqaraldıcı hadisə ilə müşayiət olunmuşdur. Ukrayna KİV-inə istinadən xəbər vermiş ki, Dolf Lundqrenin cibindən içərisində kredit kartları və 3000 dollar olan pulqabı oğurlanmışdır. "Qabağıalınmazlar" filminin premyerası ilə əlaqədar 80-cı illərin döyüş filmləri ulduzlarının Kiyevə səfərinin təşkilatçıları hadisənin baş verdiyini təsdiqləyib. Onlar bildirmişlər ki, Dolf Lundqren Kiyevdəki əyləncə mərkəzlərindən birində əylənərkən qarət edilib. Gecə klubunun meneceri isə bunları söyləmişdir: "Aktyorların masasına çoxlu sayda adam yaxınlaşmışdı. Onların hamısı Silvestr Stallone ilə içki içmək istəyirdi və qarışıqlıq yaranmışdı. Gecə məlum oldu ki, aktyorlardan birinin pul kisəsi oğurlanıb". Lakin Dolf Lundqren hadisəni şişirtməyib və Ukrayna milisinə müraciət etməyib. Lundqren bank kartlarını bağlatdırıb, nağd vəsaiti isə təşkilatçılar ödəmişlər.
Filmoqrafiya İl Film adı Orijinal adı Rolu Qeydlər1985 Öldürməyə baxış Vents 1985 Rokki 4 İvan Draqo 1987 Kainatın ustaları He-Men 1989 Qırmızı əqrəb Nikolay 1989 Cəzalandırıcı Frenk Kastl 1990 Qaranlıq mələyi Cek Keyn 1991 Gizlədilən Mayk Anderson 1991 Kiçik Tokioda mübahisə Kris Kenner 1992 Universal əsgər Endryu Skott / GR13 1993 Coşua kəndi 1994 Beşnövçü 1995 Conni-Mnemonik Karl Honik 1996 Hədəf altında 1997 Sülh qoruyan 1998 Minyon Lukas Sadorov 1998 Təmizləyici 1998 Blekcek Cek Devlin 1999 Əjdahaların körpüsü Varçayld 2000 Gözlənilməz zərbə 2000 Sonuncu patrul 2000 Universal agent 2001 Gizli plan 2004 Qoruyucu Lans Rokford Rejissor2005 Mexanik Nikolay Çerenko Rejissor2007 Brilliantlı itlər Ksander Ronson 2009 Universal əsgər 3: Regenerasiya Endryu Skott 2010 Qabağıalınmazlar Qunnar Yensen 2010 Çak Marko TV serial: "Çak il dönümünün əleyhinə" epizodu2011 Kralın adına 2: İki dünya Qranqer 2012 Universal əsgər 4: Yeni ölçü Endryu Skott 2012 Bir palatada Aleksey Andreyev ləqəbi: Canavar2012 Qabağıalınmazlar 2 Qunnar Yensen 2013 Əfsanəvi: Əjdahanın qəbri Harker 2013 Lənətlənmişlərin döyüşü Maks Qetlinq 2013 Tələyə salınan Maksvell 2014 Qabağıalınmazlar 3 Qunnar Yensen
Maraqlı faktlar Dolf Lundqren 3 dil bilir: İngilis, Alman və İspan. Həmçinin Fransız, Yapon, İtalyan, Veps və rus dillərində də müəyyən səviyyədə bilir. Dolf Lundqrenin boy ölçüsü 193 sm-dir.
İstinadlar
Xarici keçidlər
DOLPH: Ultimate səhifəsi Dolph Lundqrenin rəsmi səhifəsi Dolf Lundqren Mosquito.net Dolph Lundgren göre "Command Performance" BBC UK 2008 Olympics Interview Bodybuilding.com Reportaj Dolph Lundgren Fan Club: Hamburg Chapter
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İsveç kinorejissorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:İsveçdən ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ televiziya aktyorları