Acı həyat — 1962-ci ildə istehsal olunmuş Türkiyə filmi. Rejissoru Metih Erksan olmuşdur.
Süjeti "Acı həyat" bir-birinə aşiq olan Mehmed və Nərminin hekayəsindən bəhs edir. Tərsanədə qaynaqçı işləyən Mehməd və manikürçü Nərmin evlənmək və xoşbəxt bir yuva qurmaq arzusundadırlar, lakin büdcələrinə uyğun ev tapa bilmirlər. Nərminin evliliklə bağlı ümidləri puç olduqda, o, dərhal ona evlilik təklifi edən varlı bir ailənin oğlu Əndərlə tanış olur. Gecəqondudakı həyatından bezən Nərmin Əndərin ailəsinin bu nikaha qarşı çıxmasına baxmayaraq təklifi qəbul edir. Baş verən bu hadisələrdən sonra Nərmin Məhmədi tərk etdiyinə görə peşman olur və onun yanına qayıtmaq istəyir. Lakin Məhməd Nərminin onu varlı bir adama görə tərk etməsini qəbul edə bilmir və intiqam almaq planı qurur.
Rollarda
Baş rolda Türkan Şoray çəkilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:1962-ci ilin filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:Türkiyənin dram filmləri