I Fransisk () və ya Anqulemli Fransisk (; ) — Fransa kralı. Atası V Çarlzın nəticəsi Anqulem qrafı Orleanlı Çarlz, anası isə Savoyyalı Luiza idi. Fransisk 1515-ci ildə həm ana, həm də ata şəcərəsindən qohumu olan, üstəlik qayınatası olan Fransa kralı XII Lüdovikin ardından taxta çıxdı.

Elmin və incəsənətin hamisi olan Fransisk, məşhur əsəri Mona Lizanı satın alaraq Parisə dəvət etdiyi Leonardo da Vinçi də daxil olmaqla, bir çox rəssam, şair, heykəltaraş və incəsənət xadimini ətrafında toplayaraq Fransa renesansının inkişafına təkan verdi. Onun səltənəti dönəmində Fransada mərkəzi hakimiyyət gücləndi, protestantlıq və humanizm cərəyanı gücləndi və fransızlar ilk dəfə Amerikaya addım atdı. Jak Kartye və digər fransız kəşfiyyatçılar vasitəsilə Yeni dünyada Fransa da haqq iddia etməyə başladı və ilk dəfə Fransa müstəmləkə imperiyasının təməli atıldı.

Fransız dilinin standartlaşdırılması və inkişafındakı rolu səbəbilə "le Père et Restaurateur des Lettres" ("Hərflərin atası və Restoratoru"), ən güclü rəqibi Müqəddəs Roma imperatoru V Karlla apardığı müharibədə döyüşlərə şəxsən qatıldığı üçün "Roi-Chevalier" ("Cəngavər kral"), fiziki görünüşü səbəbilə isə "François au Grand Nez" ("Yekə burunlu Fransisk") olaraq da tanınır.

Sələflərinin izindən gedərək İtalya müharibəsinə davam etdi və rəqibi olan V Karlın öncə Burqundiya və İspaniya, ardından Müqəddəs Roma imperiyasının taxtına əyləşməsi ilə Fransa Habsburq imperiyasının mühasirəsinə düşdü. Bu mübarizədə İngiltərə kralı VIII Henri ilə ittifaq qurmaq istəsə də, onun bu cəhdi uğursuz alındı. Ardından xristian dünyasının etirazlarını dinləməyərək Osmanlı sultanı Sultan Süleymanla müttəfiq oldu və uzun illər davam edən Osmanlı-Fransa ittifaqının təməlini atdı.

Mənbə Cholakian, Patricia Francis; Cholakian, Rouben Charles (2006). Marguerite de Navarre: mother of the Renaissance. Columbia University Press. p. 49. ISBN 0231134126 Andrews, Colman. Country Cooking of Italy. San Francisco: Chronicle Books, 2012, p. 60. ISBN 9781452123929 Lacoursière, Jacques (2005). Canada Quebec 1534–2000. Québec: Septentrion. p. 28. ISBN 978–2894481868 Oaten, Edward Farley (1991). European travellers in India p. 123. ISBN 9788120607101 Quinn, David B. (1 January 1990). Explorers and colonies: America, 1500–1625, p. 57. ISBN 9781852850241 Kann, Robert A. (26 November 1980). Kann, p. 62. ISBN 9780520042063 Merriman, Roger Bigelow (March 2007). Merriman, p. 133. ISBN 9781406772722 McCabe, Ina Baghdianitz. Orientalism in early modern France. ISBN 978-1-84520-374-0 Knecht, Robert J. (21 January 2002). The rise and fall of Renaissance France, 1483–1610, p. 158. ISBN 9780631227298 Gicquel, Yvonig (1986). Alain IX de Rohan, 1382–1462: un grand seigneur de l'âge d'or de la Bretagne (in French). Éditions Jean Picollec. p. 480. ISBN 9782864770718 Jones, Michael (1988). The Creation of Brittany. London: Hambledon Press. p. 123. ISBN 090762880X Hill, George (2010). "Janus (1398–1432)". A History of Cyprus. Cambridge University Press. p. 468. ISBN 9781108020633

İstinadlar

F F Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransada köhnə rejim Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:Milan hersoqları