Bizi dağlarda axtarın qısametrajlı bədii televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Əsas rolları Nigar Hüseynova, Tofiq Mirzəyev, Ələsgər İbrahimov, Yaşar Nuri və İlqar Əhmədov ifa edirlər.
Məzmun Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 88
Film haqqında Film dramaturq İlyas Əfəndiyevin hekayəsi əsasında ekranlaşdırılmışdır.
Rollarda Nigar Hüseynova — Leyla Tofiq Mirzəyev — Laçın Ələsgər İbrahimov — ovçu Yaşar Nuri — Mərdan İlqar Əhmədov — Elxan Ələddin Abbasov — baş çoban Telman Əliyev — çoban
İstinadlar
Mənbə İsmayılova, N. “Bizi dağlarda axtarın” [kinorejissor N.Abbasovun çəkdiyi eyniadlı filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 5 mart.- səh. 5.
Xarici keçidlər Filmi izlə (rus dilində) Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)
Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması