thumb|right|400px|İki sezonda rol alanlar. Pol Uizli, Nina Dobrev, Yan Somerhalder. (fonda (soldan sağa) Zak Roerinq, Kat Graham, Maykl Trevino, Sara Kanninq, Maett Devis, Stiven R. Makkuin və Kandis Akkola. Vampirin gündəlikləri 2009-cu ildən etibarən The CW tərəfindən çəkilən L.J.Smitin eyniadlı romanlar silsiləsi (4 kitab) əsasında çəkilən fantezi – drama janrında olan televiziya serialıdır. Roman əsasında ssenari Kevin Uilyamson və Culi Plek tərəfindən yazılmışdır. Serialın ilk sezonunda 10 obraz müntəzəm iştirak etmişdir. Sonra iki obraz serialdan kənarlaşdırılmış və əvəzində iki yeni obraz əlavə edilmişdir.
Serialın əsas mövzusu baş qəhrəman Yelena Gilbert (Nina Dobrev) və vampir qardaşlar Stefan (Pol Uizli) və Deymon Salvatore (Yan Somerhalder) arasında qarışıq məhəbbət üçlüyüdür. Bu qarışıq əhvalata eyni zamanda şəhərin fövqəltəbii tarixçəsi və ətrafda olan qohumların həyatları də əlavə edilmişdir.
Əsas personajlar Aşağıdakı siyahıda "Vampirin gündəliyi" serialındakı obrazlar göstərilib ki, onların da əksəri hələ çəkilmiş hər iki sezonda iştirak edən obrazlardır.
Yelena Gilbert thumb|right|150px|Yelena Gilbert Yelena Gilbert obrazı seriyalın ilk seriyasından etibarən baş qadın obrazı kimi Nina Dobrev tərəfindən yaradılmışdır. Yelena balaca qardaşı Ceremi Gilbertlə birgə valideynlərinin avtomobil qəzasından ölməsindən sonra onların qanuni himayədarı olan Cena Sommerslə birgə yaşayır. Onun ən yaxın rəfiqəsi, bir müddət keçdikdən conra cadugər olduğunu kəşf edən Boni Bennetdir. Onlar eyni zamanda Karolin Forbsla da yaxınlıq edirlər və onun vampirə çevrilməsindən sonra onlar yaxın rəfiqə olurlar. Serialın başlanğıcında Yelena onu itirməkdən çox qorxan Met Danovanla sevgi əlaqəsində olur. Daha sonra o, bir müddət sonra vampir olduğunu öyrəndiyi Stefan Salvatore ilə sevgi əlaqəsində olur. Eyni zamanda Stefanın qardaşı Deymon da Yelenanı sevir. Birinci sezonun sonunda Yelena öyrənir ki, qardaşı ilə bioloji valideynləri eyni deyil və onun valideynləri dayısı kimi tanıdığı Con Gilbert və sonradan vampirə çevrilmiş İzobel Flemminqdir. İkinci sezonda o öyrənir ki, Ketrin Pirs kimi tanınan Katerina Petrovanın tam eyni bənzəridir və bu, o anlama gəlir ki, onlar hər iki qədim vampir Klausun həm də canavar adama çevrilə bilməsi üçün qurban verilməlidirlər. Həmin qurbanvermə prosesi sonra baş verir, lakin Yelena müdafiə oluna bilir, çevrilmə baş tutduqdan sonra rəfiqəsi Boni öz föqəltəbii gücündən istifadə edərək onu qoruya bilir. Lakin onun xalası Cena vampirə çevirilir və qurbanvermə mərasiminin bir hissəsi kimi Klaus tərəfindən öldürülür və Yelena (o cümlədən qardaşı) himayəçisiz qalırlar. İkinci sezonun sonunda Deymon canavar adamın dişləməsindən ölüm yatağında olarkən, Yelena onun öz qanını Yelenaya içirərək onu vampirə çevirmək cəhdini (o bunu Yelenanı müdafiə edə bilmək üçün edirdi) bağışlayır və son günləri olduğunu düşünərək onu öpür, lakin Deymon qardaşının özünü Klausun əlinə təslim edərək ondan aldığı qanı (qanı Deymona Ketrin gətirir) içərək sağalır.
Stefan Salvatore thumb|right|130px|Stefan Salvatore Filmin baş kişi qəhrəmanı olan Stefan Salvatore rolunu serialın ilk seriyalarından etibarən Pol Uisli yaratmışdır. Stefan 1847-ci ildə Mistik Folls şəhərciyində dünyaya gəlmişdir. O və qardaşı Deymon Salvatore eyni qadını – vampir Ketrin Pirsi sevirlər. Stefan 1864-cü ildə vampirə çevirilib və ona və Ketrinə atəş açaraq onları öldürmək istəyən atasını istəmədən öldürüb. Stefan insanları öldürmək istəmir və tədricən özünü buna alışdırır. Bu işdə ona Leksi Branson adlı vampir qız yardım edir və onlar sonradan yaxın dost olurlar. Uzun illər yoxluğundan sonra Stefan yenidən Mistik Follsa dönür və təsadüfən Yelena Gilberti avtomobil qəzasından xilas edir. Bu zaman isə onun keçmiş sevgilisi Ketrinə həddən artıq çox bənzədiyini görür. Yelena Stefanla birgə sevgi yaşamağa başlayır və daha sonra onun vampir olduğunu öyrənir. Lakin tezliklə Deymon da Mistik Follsa dönür və o da Yelenaya aşiq olur. Daha sonrakı seriyalarda Deymon və Stefanın hələ XIX əsrdə tamamilə kəsilmiş əlaqələri yenidən düzəlir və onlar mehriban yaşamağa başlayırlar. Stefan insan qanı içməyi tamamilə tərgidərək yalnız heyvan qanı ilə qidalanmağa başlayır və bu onu digər vampirlərlə müqayisədə çox zəiflədir. İkinci sezondan etibarən Stefan hər gün bir az Yelenanın qanından içməyə başlayır və bu qısa zamanda öz təsirini göstərir, Stefan xeyli güclənir. Ketrinin yenidən şəhərə dönməsi zamanı isə bəlli olur ki, o həmişə Stefanı sevib, Stefan isə tam əksinə ona qarşı heç bir hiss bəsləmədən yalnız Yelenanı sevir. Kerelayn Forbs vampirə çevrildikdən snra, Stefan onunla da dostluq edir. İkinci sezonun sonunda Stefan canavar adam (Tayler Lokvud) tərəfindən dişlınmiş qardaşını ölümdən xilas etmək üçün Klausa (Klausun qanı canavar adamın dişləməsinin dərmanıdır) tabe olur. Klaus Stefanı yenidən insan qanı içməyə məcbur edir və sonda o, özünü saxlaya bilməyib yenə bir qızı öldürür.
Deymon Salvatore thumb|right|150px|Deymon Salvatore Serialın anti-qəhrəmanı olan Deymon Salvatore obrazı ilk seriyalardan etibarən Yan Somerhalder canlandırıb. Deymon 1844-cü ildə Mistik Follsda dünyaya gəlib. Ketrin Pirs şəhərə gəldiyi zaman o və qardaşı Stefan ona aşiq olurlar. 1864-cü ildə isə o, Ketrin tərəfindən vampirə çevirilir. Onun çevirilməsi Stefandan sonra baş tutur və daha sonra o, insan qanını tərgitməyə çalışan Stefana qarşı çıxaraq bunun onu zəiflətdiyini bildirir. Deymon Ketrinin Stefanı daha yaxşı çevirməsindən qəzəblənərək, onun həyatını alt-üst edəcəyinə and içir. Yüz ilk keçdikdən sonra, Deymon Mistik Follsda bir mağaradakı türbədə bənd edildiyini zənn etdiyi Ketrini azad etmək üçün şəhərə dönür. Bu zaman o Yelena Gilbertlə rastlaşır və yenə də qardaşı ilə onun arasında divar çəkməyə çalışır. O, görəndəki Ketrin mağarada deyil və azadlıqda onu düşünmədən rahat yaşayır, Yelenayla həyatının daha yaxşı olacağı qərarına gəlir. O, Yelenaya aşiq olur. Onun Stefanla əlaqələri daha da inkişaf edir və o, həqiqətən də qardaşının qayğısını çəkməyə başlayır. İlk seriyalarda Deymon istədiyi yerdə insanları öldürür və onların qanını içirdi, lakin sonrakı seriyalarda o, bu hərəkətlərindən uzaqlaşaraq daha çox satışda olan insan qanı ilə qidalanmağa üstünlük verir. Daha sonra o Alarik Zoltsman və Şerif Forbs kimi başqalarıyla da dostluq etməyə başlayır. İkinci sezonda Ketrinin şəhərə dönüb onu deyil, həmişə Stefanı sevməsini söyləməsindən sonra Deymonun Ketrinə qarşı olan məhəbbəti nifrətlə əvəzlənir. Bu nifrət o həddə çatır ki, Deymon bənzərlərin hər ikisinə – həm Ketrinə, həm də Yelenaya nifrət edir və o barmağında onu qoruyan üzük olduğunu bilmədən Ceremini öldürür. Bu hadisədən sonra Yelena da Deymona nifrət etməyə başlayır. İkinci sezonda Deymon başqa bir vampir qız olan Rouza vurulur. Rouz canavar adam tərəfindən dişləndikdə isə Deymon başqa çıxış yolu qalmadığından onu əziyyətdən qurtarmaq üçün ürəyinə sopa soxaraq öldürür. Daha sonra Deymon bir müddət jurnalist Endi Starla əlaqədə olur. O, Endini onun qanından içməyə və əylənməyə razı salır. Lakin bütün bu uğursuz əlaqələrdən sonra Deymon yaşadıqlarının hamısının saxta qurama olduğunu və yalnız Yelenanı sevdiyini anlayır. Deymon canavar adamın dişləməsi səbəbiylə ölüm yatağında yatarkən Yelena onu bağışladığını bildirir və onlar öpüşürlər. Lakin sonra Deymon Ketrinin gətirdiyi Klausun qanını içir və sağalır.
Ketrin Pirs
Serialın baş qəhrəmanlarından biri olan Ketrin Pirs obrazını birinci sezondan etibarən Nina Dobrev yaratmışdır. Əsl adı Katerina Petrova olan Ketrin XV əsrdə Bolqarıstanda dünyaya gəlib. Qanunsuz uşaq dünyaya gətirməsindən sonra ailəsinin utanc qaynağı olan Katerina İngiltərəyə göndərilir. Burada da o, ən qədim vampirlərdən olan Klaus və Elijah ilə rastlaşır. Məlum olur ki, Ketrina Petrova ekizlərindən biridir və Klausun eyni zamanda canavar adama çevrilməsi üçün o bir ritualda qurban verilməlidir. O xilas olmaq üçün ona vurulmuş başqa bir vampir – Treverin, daha sonra isə Rouzun imkanlarından istifadə etsə də çox uzağa qaça bilmir. Bu hadisələrdən yüz illər sonra Ketrin ABŞ – da Stefan və Deymon Salvatore qardaşlarının yaşadığı balaca və öz ənənələri olan Mistik Folls şəhərinə gəlir. Burada qardaşların ikisi də ona aşiq olur. Ketrin öz qanından hər iki qardaşa içirərək onları vampirə çevirir. Lakin sonra bir gecə ərzində şəhərdə olan bütün vampirlərə basqın edilib onlar tutulur və şəhər yaxınlığında yerləşən mağara – türbəyə salınır. Həmin dövrdən Ketrin də yoxa çıxır. Deymon Ketrinin də həmin mağaraya salındığını zənn edərək 145 il ərzində onu sevir və ordan xilas etmyin yolunu axtarır. Lakin sonradan bəlli olur ki, o heç vaxt mağaraya salınmayıb. Birinci sezonun sonunda Ketrin Mistik Follsa dönür. O Deymona həmişə Stefanı sevdiyini söyləyir və Yelena ilə Stefanı ayırmağa çalışır. Daha sonra bəlli olur ki, onun əsas məqsədi ritualın keçirilməsi üçün lazım olan ay daşını ələ keçirmək və Yelenanı tutaraq Klausa vermək, beləliklə öz azadlığını qazanmaq olmuşdur. Məqsədinin bəlli olmasından sonra Yelena Stefan və Deymon tərəfindən vampirlərin çıxa bilməməsi üçün qapısı lənətlənmiş mağaraya salınır, lakin bir müddət sonra Elayca onu oradan çıxardır. Lakin tezliklə Elayca öldrlür və Ketrin yenidən azadlığını əldə edir. Bu dəfə o, Stefan və Deymona yardım etmək yolunu tutur. Klaus Mistik Follsa gəldikdən sonra onu tutur və Alarik Zoltsmanın evində saxlayır. Lakin sonra o, Ketrini Deymona qan aparması üçün azad edir.
Ceremi Gilbert thumb|120px|right|Ceremi Gilbert rolunu oynayan Stiven R. Makkuin Yelenanın qardaşı olan, daha sonra isə xalası oğlu olduğu öyrənilən Ceremi Gilbert rolunu seriyalın başlanğıcından etibarən Stiven Makkuin yaratmışdır. Serialın başlanğıcında Ceremi valideynlərinin ölümündən sonra psixi sarsıntı keçirmiş halda olur və dərmanlar qəbul edir. Serialın başlanğıcında Ceremi Viki Danovanı sevir, Viki isə gah onunla, gah da Tayler Lokvudla əlaqə saxlayır və bu iki oğlan arasında rəqabət yaranmasına səbəb olur. Daha sonra Viki birdəfəlik Taylerdən ayrılıq və Ceremi ilə məhəbbət yaşayır. `Lakin sonra Viki Deymon tərəfindən öldürülür və Yelena Deymondan xahiş edir ki, acısını yadından çıxarmaq üçün Ceremini hər şeyi yadından çıxarmağa məcbur etsin. Bundan sonra Ceremi daha qərarlı olur və dərmanları qəbul etməyi dayandırır. Daha sonra Ceremi Anna adlı bir vampir qızla məhəbbət yaşayır, lakin birinci sezonun sonunda Anna Cereminin dayısı (Yelenanın atası) Con Gilbert tərəfindən öldürülür. Ceremi bu itkiylə barışa bilmir və vampirə çevrilmək istəyir. Bu məqsədlə vaxtilə Annadan aldığı qanı içir, lakin onun çevrilmə istəyi uğursuzluqla nəticələnir. Daha sonra Con Gilbert ona bütün fövqəltəbii qüvvələrdən qoruya bilən üzük bağışlayır. İkinci sezonda Ceremi Yelenanın rəfiqəsi Boniylə əlaqə yaşamağa başlayır. Klausun qurbanvermə mərasimində Ceremi həm dayısını, həm də xalasını itirir və Yelena kimi himayəçisiz qalır. İkinci sezonun sonunda Ceremi təsadüfən Şerif Forbs tərəfindən açılan atəşlə öldürülür, lakin Boni onu yenidən həyata qaytara bilir. İkinci sezonun sonunda Ceremi evdə Vikini və Annanı görür.
Cenna Sommers thumb|right|120px|Cena Sommers rolunu oynayan Sara Kanninq