Bayram Kürdəxanılı () — azərbaycanlı meyxanaçı.

Həyatı Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana"

İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Həbsi 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ölümü Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb.Bayram Kürdəxanılını maşın vuraraq öldürdü . qafqazinfo.az, 23.08.2017 Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Filmoqrafiya Gizlənpaç (film, 2016)

İstinadlar

Xarici keçidlər Zalım fələk Bayramı aldı getdi… — Meyxanaçı AzTV-də işləyibmiş Bayram Kürdəxanılı: "…mövzu tapa bilmir, içir, narkoman olur" — MÜSAHİBƏ Çox yaşamayacaq deyə evlənmək istəmirdi… Yoldaşı kimi avtomobil qəzasında öldü – Məşhur meyxanaçının faciəvi həyatı

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Meyxanaçılar Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Bakıda vəfat edənlər