Ulan-Bator () — Monqolustan dövlətinin paytaxtı.

Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir.https://web.archive.org/web/20160611010207/http://ulaanbaatar.mn/

Tarixi Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır.

Coğrafiyası Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir. Şəhərdə beynəlxalq hava limanı vardır.

İqtisadiyyatı Ulan-Batorda metal və ağac emalı, evtikmə sənayesi inkişaf edib.

Mədəni, elmi və təhsil müəssisələri

Təhsil və elmi müəssisələr Şəhərdə Monqolustan Elmlər Akademiyası və Ulan-Bator Dövlət Universiteti fəaliyyət göstərir.

Mədəni müəssisələr Muzeylər: Mərkəzi muzey, Zərif incə sənət muzeyi, Din muzeyi.

Cəlbedici yerlər: Boqda-ula dağ qoruğu, Ulan-Batordan qərbdə Böyük Monqol imperiyasının Çingizlilər dövründəki paytaxtının (Qaraqorum) arxeoloji qazıntıları.

+center|x100pxcenter|x100pxcenter|x100pxDövlət opera teatrıDrama teatrıMilli Qalereya

Qardaş şəhərlər Adana, Türkiyə Seul, Cənubi Koreya İrkutsk, Rusiya Moskva, Rusiya Sankt-Peterburq, Rusiya Ulan-Ude, Rusiya Denver, ABŞ Banqkok, Tailand Sapporo, Yaponiya Taybey, Çin (Tayvan) Hohhot, Daxili Monqolustan, Çin San Fransisko, ABŞ Bonn, Almaniya Hanoy, Vyetnam Tokio, Yaponiya Qızıl Sümük, Avstraliya Dehli, Hindistan Lids, Böyük Britaniya Most, Çex Respublikası

Mənbə "Dünya ölkələri" — 2008, səh. 215

Kateqoriya:Monqolustan şəhərləri Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər