Mari Jan Antuan Kondorse (; ) — fransız yazıçı, riyaziyyatçı, siyasi xadim, filosof.
Həyatı
Fəlsəfəsi thumb|upright|left|Esquisse d'un tableau historique des progres de l'esprit humain, 1795
O, şüura əsaslanmış tərəqqinin insana gətirdiyi xeyirli şeyləri göstərirdi: millətlər arasında bərabərliyə nail olmaq, sinfi fərqlərin aradan götürülməsi və dini, mənəvi səviyyənin ümumi yüksəlişi. Kondorse rasizmin aradan götürülməsinə, ticarət azadlığının genişləndirilməsinə, xəstəliyə və qocalığa görə təqaüdlərin verilməsinə, müharibələrin qadağan olunmasına, yoxsulluğun və dəbdəbənin aradan götürülməsinə, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsinə və hamı üçün eyni imkan yaradan ümumtəhsil sisteminin yaradılmasına ümid edirdi.
Tərəqqiyə bu inam realizmlə sadəlövhlüyün qarışığı idi. Realizm ondan ibarət idi ki, bütün bu sadalananlar elmi və texniki cəhətdən həqiqətən də mümkündür. Sadəlövhlük isə bunda idi ki, filosof-maarifçilər bütün olanlara baxmayaraq, siyasi problemlərin əhəmiyyətini qiymətləndirə bilmirdilər. Məlum oldu ki, ümumi rifah halının yüksəldilməsinə çatmaq üçün təkcə maarifçilik kifayət deyil. Birinci dünya müharibəsindən sonra, tərəqqiyə olan inam ölümcül zərbə aldı. İndi elə bir adam tapmaq çətin olar ki,Maarifçilik dövrünün nümayəndələri kimi sadəlövhlüklə gələcəyə optimist nəzərlərlə baxsın. XVIII əsrin sonunda Qərbi Avropada – əvvəlcə İngiltərədə, sonralar Fransada və XIX yüzillikdə Almaniyada — yeni burjuaziya təşəkkül tapmağa başladı. Bu təşəkkül bir neçə səviyyələrdə həyata keçirdi: ideoloji, siyasi və iqtisadi.
Kapitalizmin qurulması ilə paralel olaraq, siyasi liberalizm də möhkəmlənirdi (məzhəb azadlığı və toplantı azadlığı). Mütəmadi seçkilər vasitəsilə hökumət üzərində ümumi nəzarəti təmin etməyə imkan verən konstitusiya idarəetmə formasının qurulması tendensiyası əmələ gəlmişdi (hətta seçki hüququ məhdud olsa da). Bu zaman hökumət iqtisadi fəaliyyətə qarışmadan həyat və mülkiyyətə zəmanət verən siyasi hakimiyyətə malik idi.
İstinadlar
Kateqoriya:Fransızlar Kateqoriya:Fransız filosoflar Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Rasionalistlər Kateqoriya:Ateist filosoflar Kateqoriya:Fransız ateistlər Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Kişi feministlər Kateqoriya:Zəhər ilə intihar edənlər Kateqoriya:Fransa filosofları Kateqoriya:Maarifçilər Kateqoriya:Fransa politoloqları Kateqoriya:Bioqrafiya (janr) Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:Fransa sosioloqları