Qız qalası – ilk Azərbaycan baletiМузыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Т 1. А — Гонг. 1072 стб. с илл. М.: Советская энциклопедия, 1973 və müsəlman şərqində ilk balet.Чингиз Абдуллаев: "Вместо того, чтобы отталкивать нас, россиянам надо менять свои взгляды и отношение к народам бывших союзных республик" …первый балет на мусульманском востоке появился у нас.Большая Cоветская Энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 1. А — Ангоб. 1969. 608 стр., илл.; 47 л. илл. и карт, 1 отд. л. табл. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur.

Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur.

Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər.

Tarixçəsi Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir. O, öz qızı Gülyanağı sevmədiyi kişi ərə vermək istəyir və qızının tələbi ilə qala tikdirir, Gülyanaq toy günü özünü qalanın damından dənizə atır. Bəstəkar bu əfsanənin süjetini öz musiqi əsərinə əsas götürərək milli Azərbayan incəsənətinin inkişafı tarixində yeni səhifə açan ilk Azərbaycan baletini yaratmışdır.

Yerli konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc bəstəkarların elə bir dəstəsinə daxil idi ki, həmin dəstə nəinki musiqi yazısı texnikasına yiyələnməyə can atır, həm də xalq yaradıcılığını dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir. Bədəlbəyli öz baletində gözəl orkestrovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf etdirmiş, habelə xalq melodiyalarının gözəlliyindən həvəs və diqqətlə istifadə etmişdir. "Şələqoy", "Ay bəri bax" kimi xalq havaları orkestrin ifasında xüsusilə təravətli, rəvan və dolğun səslənir, bu havaların əsasında emosional rəqslər yaradılmışdır. Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm də son dərəcə aydın və anlaşıqlıdır.

Klassik balet musiqisinin əsil xalq rəqsləri ilə məharətlə əlaqələndirilməsi bütövlükdə tamaşanın məzmun və üslubunu müəyyən etmişdir. İştirak edən şəxslərin musiqi xarakteristikasının relyefliyi və bir çox səhnələrin dərin lirik xüsusiyyətə malik olması da bu əsərin böyük məziyyəti hesab olunur. thumb|200px|right|Baletin musiqi və libretto müəllifi Əfrasiyab Bədəlbəyli Gülyanaq rolunun ilk ifaçısı Qəmər Almaszadə ilə birlikdə Baletin yaradıcı kollektivi öz qarşısına xalq rəqslərində saxta şablonçuluqdan qaçmaq, xalq əfsanəsini bədii realist vasitələrlə göstərmək vəzifəsini qoymuş və buna nail ola bilmişdir. Baletin müvəffəqiyyət qazanmasında baş balerina Qəmər Almaszadə, quruluşçu rejissor Hidayətzadə, baletmeyster Kevorkov və Vronski, artistlərdən Sara Mirəliyeva, Əbilova, Boyman, Cəfərova, Bataşov, Urvantsev və başqaları böyük rol oynamışlar. Rəssam Qusak tamaşaya gözəl üslub tərtibatı vermişdir.

Artıq 1938-ci ilin başlanğıcında, Moskvada keçiriləcək "Azərbaycan mədəniyyəti ongünlüyü" astanasında əsərin partiturası hazır imiş, lakin, göstəriləcək tamaşaların siyahısı təsdiqləndiyindən, baletin tamaşaya qoyulması məsələsi sonraya saxlanıldı. Burada o zamankı yerli hakimiyyətin milli kadrlara şübhə ilə yanaşması da öz işini görmüşdü. Yalnız 1940-cı ildə "Qız qalası", nəhayət, böyük çətinliklərdən sonra işıq üzü görmüşdü. Və ayrıca vurğulamalıyam ki, əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster, füsünkar Qəmər Almaszadə idi.

O zamanlar müəllifin özü gənc dirijor olsa da, sonrakı illərdə opera və balet teatrımızın demək olar ki, bütün repertuarını,- tamaşalar toplumunu öz gənc çiyinlərində "daşımalı", daha doğrusu, yaşatmalı idi. Burada yada salmaq yerinə düşərdi ki, Ə. Bədəlbəyli cavanlığında çox fəal təfsirçi dirijorluğu ilə seçilirdi. Onun dirijor çubuğu Dmitri Şostakoviçin, Pyotr Çaykovskinin, N. Myaskovskinin XVIII simfoniyalarının, Fikrət Əmirovun "Şur" simfonik muğamının və çox-çox digər şah əsərlərin öhdəsindən gəlibmiş.

Ə. Bədəlbəyli savadlı və geniş dünyagörüşü olan sənətkar, iti qələmli publisist və alim idi. Məhz onun çox yetkin etnoqrafik bilikləri və bilgiləri sonucunda baletin ilk redaksiyasının quruluşundakı bütövlük aydın nəzərə çarpırdı. Baletin librettosu ədəbiyyatçı və sıravi librettoçuların yazdıqlarından köklü seçilirdi. Bu məzmunun bütün xırdalıqları, ifaçılıq ünsürlərinin aydın, geniş açıqlandığı əsil quruluşçu baletmeyster librettosu idi.

Baletin ilk tamaşasınadək çox böyük təşkilatı və psixoloji çətinlikləri aradan qaldırmaq lazım gəlmişdi. Və belə ağır məqamda Üzeyir bəy öz köməyini əsirgəməmişdi. İlk tamaşadan sonra Üzeyir bəy Hacıbəyov "Pravda" qəzetindəki çıxışında "Qız qalası"nı yüksək qiymətləndirərək, baletin gələcək taleyinə irəlicədən xeyir-dua vermişdi.

Fərhad Bədəlbəyli baletin tarixçəsi haqqında danışarkən qeyd edir ki, "Bu baletin çox maraqlı taleyi var. Nəinki 1938-ci ildə, hətta 1959-cu ildə Moskvada mədəniyyət ongünlüyünə hazırlıq zamanı çoxları istəməyib ki, baleti Balşoy Teatrda göstərsinlər. Sonra qəsdən günorta vaxtına salmışdılar ki, gedən az olsun. Lakin görəndə ki, günorta tamaşasında camaat bashabas salıb, axşam baleti bir daha təkrarlamalı olublar. Ümumiyyətlə, Əfrasiyab Bədəlbəyli ömrü boyu belə ədalətsizliklərin ağrısını çox çəkib. Məsələn, konservatoriyaya onu yaxın buraxmırdılar. Baxmayaraq ki, çox gözəl alim və musiqişünas idi. Fəxri ad məsələsində və çox-çox başqa məsələlərdə də həmçinin böyük ədalətsizliklər görüb."

Premyerası thumb|left|300px|Baletin premyerası zamanı Q. Almaszadə Gülyanaq və K. Bataşov isə Polad rolunda "Qız qalası" baletinin o zamankı M. F. Axundov adını Azərbaycan Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi F. Qusak idi. Həm rejissor, Həm baletmeysterin quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq, – xalq rəqsləri ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdı. Yəni milli çalarlar mütləq saxlanmalı idi. Və baletin musiqisi də həmin məqsədə imkan verirdi. Baletin məzmunundan irəli gələn "divertismentli" səhnələşdirmələrə baxmayaraq, burada maraqlı və kəskin-dramatik səhnələrə də yer verilmişdi. Lakin quruluşda əsas vurğulanma Poladla Gülyanağın alovlu və mətin sevgisi çevrəsinə düşürdü.

Tamaşada məzmunun açıqlanması yönündə pantomimadan geniş faydalanmışdılar. Eyni zamanda baletin quruluşunda "variasiya" və "adajio"-lar, "Qu gölü", "Raymonda", "Don Kixot" baletlərində olduğu kimi, klassik ənənələrə uyğunlaşdırılmışdı.

Gülyanağın ilk ifaçısı – ilk azərbaycanlı balerina Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirmişdi. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən, biri-biri ilə səsləşən, coşğun heyranlıqla qarşılanmışdı. 25 aprel 1940-cı il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov baletin tamaşaya qoyulması ilə bağlı çıxış edərək yazırdı:

"İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən "azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır. "

Baletin ilk quruluşunda Cahangir xanın surəti sırf pantymima kimi düşünülmüşdü və Anatoli Urvantsevin ifasında olduqca yaddaqalan surət kimi tanınırdı. Poladın igid, barışmaz surəti isə sonralar respublikanın xalq artisti adı qazanmış, o zaman gənc Konstantin Bataşova tapşırılmışdı.

İkinci redaktə "Qız qalası"nın 1959-cu ildə daha yeni, – ikinci quruluşunun baletmeysteri, sonralar SSRİ xalq artisti və professor adına layiq görülmüş Qəmər Almaszadə idi. Onun qardaşı Ənvər Almaszadə tamaşaya yeni bədii tərtibat vermişdi. 1959-cu ilin yeni redaksiyasında Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalım yaramazlığı daha kəskin vurğulanmışdı. Bununla bağlı "Sovetskae kulutura" qəzetinin 28 may 1959-cu il tarixli sayında çap olunmuş tənqidçi – sənətşünas N. Elyaşın "Azərbaycan baletinin tamaşaları" başlıqlı məqaləsində oxuyuruq:

"Baletmeyster əfsanəvi surətləri genişmiqyaslı, el gücünü əks etdirən, onun daşıyıcıları olan qəhrəman surətlər kimi təfsir edir. Səmimi, coşğun gənc Poladın da, zərif, həyəcanlı Gülyanağın da səhnə yaşamında biz lap öncədən yenilməzliyi, barışmazlığı duyuruq. Və əsərin faciəli sonluqla bitməsinə baxmayaraq, məhz belə təfsir sayəsində "Qız qalası" qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir. "N. Elyaş – Azərbaycan baletinin tamaşaları, Sovetskae kultura qəzeti, 1959, 28 may

1959-cu il quruluşunda xan surətinin tamamilə yeni təfsiri ilə rastlaşırıq ki, bu da əsərin bədii kəsərini qat-qat artırır. 2-ci redaktənin uğurlarından elçilik edən qadın surətini göstərmək olar. Xumar Zülfüqarovanın ifasında həmin surət də olduqca bədii kəsərli və yaddaqalan idi. Baletin ən gərgin dramatik məqamları hadisələrin gedişində rəqs yolları ilə öz həllini tapırdı. "Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları arasında SSRİ xalq artisti Leyla Vəkilovanı ayrıca vurğulamaq lazımdır. Onun səmimiyyət və ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi Poladla səhnələrdə şairanəliyi, Cahangir xanla səhnələrdə isə yenilməzliyi ilə seçilirdi. Əsərin proloqunda bədbəxt ananın ümidsizliyini də, sonrakı səhnələrdə gənc qızın düşdüyü çıxılmaz vəziyyəti də Leyla Vəkilova rəqs dili ilə tamaşaçılara inandırıcı çatdıra bilirdi. "

L. Vəkilovanın oyundaşları arasında Cahangir xanın öz qəddarlığı qədər parlaq surətini yaratmış K. Bataşovun və öz sevgisini xanın pəncələrindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı, respublikanın xalq artisti Məsud Məmmədovun adları Azərbaycan balet tarixində silinməz izlər qoymuşlar.

Üçüncü redaktə thumb|right|270px|Gülyanaq rolunda Mədinə Əliyeva, Polad rolunda Gülağası Mirzəyev, Bakı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi Fərhad Bədəlbəyli tərəfindən edilmiş son redaktə və quruluşda baletin dramaturji xətti köklü dəyişdirilib. İlk növbədə, uzaq keçmişdə xan qızının dünyaya gəlişinin sonralar sirrə çevrilməsini açıqlayan Proloq tamaşadan çıxarılıb.

Balet I pərdədən başlayır və burada öz gənc dostlarının dövrəsində Poladla Gülyanaq toylarına hazırlaşırlar. "Aypərinin xatirələri" səhnəsində, – öncəki redaktələrdə, Gülyanaq (atasının bağışladığı) bilərziyi yerə salır və heyrətlə belə bahalı bilərziyin hansı yolla əldə edildiyini soruşur. Aypəri düşüncələrində uzaq keçmişə qayıtsa da, belə əziz gündə qanqaralıq salmamaq üçün bilərziyi özünün bağışladığını bildirir.

Sonuncu quruluşda həmin səhnə köklü dəyişdirilib: Aypəri Gülyanağın toya hazırlığını tələsdirir. Öncəki redaktə və quruluşun III pərdəsində, o zamanki tamaşaçıların səbirsizliklə gözlədikləri "Aypərinin sirri açması" səhnəsində həmçinin. Yeni quruluşda Aypərinin saraya gəlişi ancaq xana yalvararaq qızın nişanlı olduğunu bildirməsi və ona rəhm edərək taleyi ilə oynamamaq xahişi ilə bağlıdır. Bütün məzmun dəyişmələri də, öz növbəsində, yeni libretto ilə bağlıdır.