Balaban qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır.

Məzmun Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 256

Ağır fəlakət nəticəsində bütün ailəni-iki körpəsini və həyat yoldaşını itirmiş Əlicavadın dərdindən də böyük dərd ola bilərmi? Film bu insanın zəngin mənəvi dünyasından, möhkəm iradəsindən, mehrini balabana, sehrli musiqi alətinə saldığından, təsəllini milli muğamlarda tapdığından, beləliklə yenidən həyata, öz peşəsinə qayıtmasından bəhs edir.

Mükafat 1987-ci ildə film Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamis Muradov Operator: Vladimir Konyagin

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1987-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri