Şor - süd məhsulu.
Hazırlanması Şor hazırlamaq üçün ayranı qaynadırlar. Çürümüş kütləni zərdabdan ayırmaq üçün torbaya töküb süzürlər. Su süzüldükdən sonra yerdə qalan kütlədən şor alınır. Duz əlavə edib, motalda, küpdə, yaxud saxsı qablarda saxlayırlar. Azərbaycanın Şamaxı və Qobustan rayonları öz şorları ilə məşhurdur.
İstifadə Şor yavanlıq kimi istifadə edilir. Süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə hazırlanır. Motal şoru şorun bir növüdür.
Mənbə Azərbaycan Kulinariyası Ensiklopediyası, səh, 137.
Həmçinin bax Süd Ayran Qurut
Kateqoriya:Süd məhsulları Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Qida məhsulları Kateqoriya:Azərbaycan pendirləri