Şirvanşah Şahənşah – Şirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
Fəaliyyəti
Şamaxıda zəlzələ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.57 vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan Пaxoмoв. Шиpвaншax Шaxaншax. "Изв. Aзepб. Apxeoл. Koм." вып.I, 1925, c.69 birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan Пaxoмoв. Moнeтныe нaxoдки в Aзepб. CCP, вып.I, c.74-75 ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən- Nasir- lidin – Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində isə "Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah" sözləri həkk olunmuşdur.Пaxoмoв. Шиpвaншax Шaxaншax, c.69-70
Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə – h.575-622 (1180- 1225)-ci illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrə ilə saxlanılan sikkələrin birinin üz tərəfində "Əl-məlik əlmüəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah" sözləri vardır. Sikkənin qırıqlarında "beş yüz doxsan yeddi" tarixi oxunur (h. 597/1201-ci il). Əks tərəfində isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur.M.A.Ceйфeддини. Moнeтнoe дeлo и дeнeжнoe oбpaшeниe в Aзepбaйджaнe XII-XV вв., ч.l. Бaкy, 1978, c.123 Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci illə (şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı oğlu II Afridunun oğlu II Fəribürzün hakimiyyətə keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür. Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi. Ehtimal ki, Axsitanın ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn III Mənuçöhrün nəsli möhkəmlənənə qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir.Пaxoмoв. Шиpвaншax Шaxaншax, c.70 I Axsitanın bilavasitə varisi Şahənşah idi. Belə ki, Y.A.Paxamov I Axsitan və Şahənşahın sikkələrinin kimyəvi təhlili əsasında Şahənşahın hakimiyyətə başlması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu qənaətinə gəlmişdir.Пaxoмoв. Xимичecкий aнaлиз шиpвaншaxcкиx мoнeт. "Изв. Aзкoмcтapиc", вып.III, Бaкy, 1927, c.61 Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, I Axsitanın Şirvanşah taxtına göztikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda birbirini tez-tez əvəz etdikləri hərc-mərclik dövründə yaşamışdır. Ailəsi Atası III Böyük Mənuçöhr. Şirvanşah. Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, ömrünün son dövlərində Tiğva monastırında rahibə, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur. Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir. Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir. Qardaşı II Afridun ibn Mənuçöhr. Şirvanşah. Öldürülmüşdür. Qardaşı oğlu Fəribürz. Şahənşah ibn Mənuçöhrün xələfi Qardaşı I Axsitan. Şirvanşah. Taxta varis qoymadan ölmüşdür. Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür. Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür. Qardaşı Fərruxzad
İstinadlar
Həmçinin bax Kəsranilər Azərbaycan tarixi
Kateqoriya:Şirvanşahlar Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Şamaxıda vəfat edənlər