Bakı. Portretə yeni ştrixlər qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir.
Məzmun Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 208-209
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Rasim Ağayev Rejissor: Nicat Bəkirzadə Operator: Ələsgər Ələkbərov
İstinadlar
Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri