Azərbaycan elləri qısametrajlı sənədli-musiqili televiziya filmi rejissor Nazim Dadaşov tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsertdir.
Məzmun Bu film-konsertdə respublikamızın füsunkar mənzərələri fonunda bəstəkarlardan Fikrət Əmirovun "Azərbaycan Elləri", Cahangir Cahangirovun "Bakı", Emin Sabitoğlunun "Bizim Lənkəran", Süleyman Ələsgərovun "Mingəçevir", "Şuşa", Oqtay Kazımovun "Astara", R. Süleymanovun "Göyçay", Səid Rüstəmovun "Gözəl Quba", Şəfiqə Axundovanın "Şəki", Rauf Hacıyevin "Azərbaycanım" mahnıları səslənir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 185-186
Mahnıları müğənnilərdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Anatollu Qəniyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Yaşar Səfərov ifa edirlər.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Rafiq Cəbiyev Rejissor: Nazim Dadaşov Operator: Fazil Hadıyev Rəssam: T. Məlikzadə
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1976-cı ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri