Akif Cəfərovun briqadası filmi rejissor Zeynəb Kazımova tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Məzmun Kinolent mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri işləmiş Akif Cəfərovun başçılıq etdiyi kollektivin əmək fəaliyyətindən söhbət açır. Filmdə göstərilir ki, Akif Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.73

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Pyotr Simonov Rejissor: Zeynəb Kazımova Operator: Arif Nərimanbəyov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1960-cı ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1960-cı ilin filmləri Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri