'"Ağ pələng"lə görüş — qısametrajlı sənədli film.

Rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Ça tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır.

Məzmun Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. Burada göstərilir ki, Xəzər neftçiləri ilə Vyetnam neftçilərinin əməkdaşlığı ildən ilə möhkəmlənir. Vyetnam neftçilərinin bir çoxu Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və Xəzər neft mədənlərində təcrübə keçmişlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.263

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cavanşir Məlikov Rejissor: Yalçın Əfəndiyev, Çayn Ayn Ça Operator: Valeri Kərimov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Vyetnam filmləri Kateqoriya:Azərbaycanca filmlər