Yunan dili ( — elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır.

Başlıca ləhcələri Dimotiki / (Δημοτική) Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir.

Kathareuousa / (Καθαρεύουσα) 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb. Yaradılmasında məqsəd müasir yunancanın qədim yunancaya uyğunlaşdırılması və türkcə sözlərdən dili təmizləmək idi. 1976-cı ildə rəsmi dil kimi bu ləhcənin istifadəsi aradan qaldırılır.

Tsakonika / (Τσακώνικα) Yunancanın Dor ləhcəsinin davamıdır. Yunanıstanın Mora yarımadasında 3000-dən çox insanın ana dilidir.

Pontus ləhcəsi / (Pομέικα; Romika, Ποντιακά; Pondiaka) Romeika ləhcəsi də deyilir. 19-cu əsrdən bu ləhcə "Qara Dənizə məxsus" ləhcə olaraq "Pontiaka" adlandırılır. 1923-cü il köçündən sonra Türkiyədən Yunanıstana köçürülənlər, əsasən Şimali Yunanıstanda yaşayanlar, Qara dəniz bölgəsində Trabzon, Rizə və s. illərdə yaşayan rumlar bu ləhcədə danışır.

Kalabriya ləhcəsi / (Κατωιταλικά; Kato italika) İtaliyanın Yunanıstana yaxın Apuliya və Kalabriya bölgələrində danışılır. Qədim dövrlərdə buralarda koloniyalar qurmuş yunanlar tərəfindən danışılır.

Yəhudi yunancası Yevanik (ivritcə: Yevan-Yunan) uzun illər yəhudi yunanlar tərəfindən istifadə olunub. Yazıda ivrit əlifbasından istifadə olunub. İndi demək olar ki, bu ləhcədən istifadə edənlər assimilyasiya olunublar. Çox az sayda insan istifadə edir. 1987-ci ildə aparılan araşdırmalara görə 35-i İsraildə olmaqla, dünyada 50 nəfər bu dili bilir.

Həmçinin bax

Yunan və latın kitabələri Yunanca beynəlmiləl sözlər

İstinadlar

Kateqoriya:Yunanıstan dilləri Kateqoriya:Kipr dilləri Kateqoriya:Albaniya dilləri Kateqoriya:Bolqarıstan dilləri Kateqoriya:Misir dilləri Kateqoriya:Gürcüstan dilləri Kateqoriya:İtaliya dilləri Kateqoriya:Rusiya dilləri Kateqoriya:Ukrayna dilləri Kateqoriya:Türkiyə dilləri Kateqoriya:Qədim Yunanıstan