Aleksey Yakovleviç Kapler (11 oktyabr, 1904, Kiyev, Ukrayna-11 sentyabr, 1979, Moskva, Rusiya) ssenari müəllifi.

Həyatı

Aleksey Yakovleviç Kapler 11 oktyabr 1904-cü ildə Kiyevdə anadan olub. 1920-ci ildən Kiyev teatrlarında aktyor və rejissor işləmişdir. Həmçinin həmkarları ilə birgə Kiyevdə eksperimental teatr olan "Arlekin" teatrını açmışdır. Kinoda 1926-cı ildən fəaliyyət göstərmişdir. Aktyor kimi Rusiya istehsalı olan "Şinel" (1926) filmində çəkilib. "Tələbə qız" (1930), "Donbass" (1931) filmlərinin rejissoru, "3 yoldaş" (1935), "Mədənçilər" (1937), "Dəmir mələk" (1942), "Mavi quş" (1976) filmlərinin ssenari müəllifidir. 1939-cu ildən isə ÜDKİ-də dərs demişdir. 1943-cü ildə səbəbsiz olaraq repressiya edilmiş və yalnız 1954-cü ildə azadlığa buraxılmışdır. SSRİ dövlət mükafatı laureatı (1941), Rusiya əməkdar incəsənət xadimi (1969) Aleksey Kapler 11 sentyabr 1979-cu ildə vəfat edib.

İosif Stalinin qızı Svetlana Aliluyevanın sevgilisi idi. Bəlkə də elə buna görə Böyük Britaniya casusu olmaqda təqsirləndirilərək repressiya edilmişdir.

Adlar və mükafatlar

"Lenin Ordeni" (1938) SSRİ Dövlət Mükafatı Laureatı (1941, 1946) Stalin Mükafatı (1941) "Şərəf Nişanı" Ordeni (1964) Rusiya Əməkdar İncəsənət Xadimi (1969)

Filmoqrafiya

Altıncı hiss (film, 1935)(Tammetrajlı bədii film)

Mənbə Каплер Алексей Яковлевич

Xarici keçidlər Алексей Каплер Алексей Каплер Каплер Алексей Яковлевич КАПЛЕР, АЛЕКСЕЙ ЯКОВЛЕВИЧ (1904–1979)

Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri