Avesta ― Zərdüştlüyün müqəddəs kitabı.

Dövrümüzə tam şəkildə çatmamışdır.

Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüzd və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir.

Avesta Tarixi Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi.PLini, XXX, 2 Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin zərdüşt kahininin "kitabi avazla oxudugunu " yad etməsi, habelə qədim yazıçıların hələ Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın – "Avesta"nın bir qisminin yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə miladdan öncə

Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.

Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.

İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225–240-cı illər) "Avesta"nı çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən kanonlaşdırılmışdı.

"Avesta" sonralar da redaktələrə məruz qalmışdır. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan (kitabdan) ibarət idi. Ümumilikdə 14000 səhifədən. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.

Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin hakimiyyəti zamanınadək olan ən azı 6–7 əsr ərzində bir çox ilahiyyətçi alimlər, kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta" kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.

Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş, zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.

Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki, pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.

Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır. Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan gətirilmiş ilk əlyazmaları meydana çıxmış və tədqiqatlara başlanmışdır.

Öyrənilməsi tarixi Sasanilər imperiyası ərəblər tərəfindən işğal edildikdən sonra onun mədəniyyəti tədricən məhv edilməyə başladı. Ərəblər özləri ilə tabe etdikləri ölkələrə həmin xalqların dilinə, dininə və mədəniyyətinə zidd olan din gətirmişdilər. Həmçinin ərəblər Sasanilər dövləti ərazisində Atəşpərəstlik dini ənənələrinə və ədəbiyyatına qarşı ciddi mübarizəyə başladılar. Onlar tarixi və dini kitabları yandırır, atəşpərəstlərə divan tuturdular. Lakin əhalinin bir qismi belə bir mürəkkəb şəraitdə də öz köhnə dini əqidələrini və mədəniyyətlərini qoruyub saxlayırdılar. Belə bir çətin dövrdə, yəni 760-cı ildə Ruzbeh Dadviyanın oğlu Abdulla ibn Mütəffə (o, zahirən müsəlman olsa da əslində atəşpərəst idi) Avestanı ərəb dilinə tərcümə edir.

Avesta ərəb dilinə tərcümə edildikdən sonra bir sıra ərəb və İran tarixçiləri öz əsərlərində Avesta, Zərdüşt, onun dini ayinləri və habelə Avestanın meydana çıxması haqqında fikir söyləməyə başladılar.

İbrahim Purdavudun göstərdiyinə görə bir sıra alimlər səhvən Avestanı İbrahimin Süheyf əsəri hesab edirdilər. O yazır: "Ərəblər İranı işğal edərək Sasani ailələrini Mədinə bazarında qul kimi satmış, atəşpərəstliyi isə zorla məhv etmişdilər. Elm və mədəniyyətin inkişafının qarşısını həmişəlik almaq mümkün olmadığına görə onların bu qəddarlığı uzun müddət davan etmədi. Çox keçmədən orta əsr tarixçiləri öz əsərlərində yeri gəldikcə Avesta və Zərdüşt haqqında mülahizələr yürütməyə başladılar. Lakin Avestanın ayrıca tədqiq edilməsi ilə məşğul olunmurdu. XVIII əsrdən etibarən isə bir sıra Avropa və Asiya şərqşünasları avestaşünaslıqla məşğul olmağa başladılar."

Avropalılardan ilk dəfə Fransa alimi Abraham Hiatsint Anketil-Düperron Avestanı fransız dilinə tərcümə etmişdir. O, 1755-ci ildə on ay Hindistanı gəzdikdən sonra 1760-cı ilədək Sort şəhərində yaşayır. Həmin şəhərdə Cəmasb adlı bir şəxs pəhləvi dilini ona öyrədir. 1771-ci ildə tərcümə etdiyi Avestanı Parisdə nəşr etdirir.

1883-cü ildə E. Bürnuf Yəsnanı tərcümə etməklə bərabər, eyni zamanda onun şərhini də yazır.

Beləliklə bu vaxtdan etibarən Avropada avestaşünaslıq elmi getdikcə inkişaf edərək özünəməxsus yer tutur. Nəhayət 1905-ci ildə Bartolomey tərəfindən Qatlar tərcümə edilərək nəşr etdirilir. Məlum olduğu kimi Qatlar Avestanın ən qədim hissəsi olmaqla yanaşı, həm də öz lüğət tərkibinə görə onun ən mürəkkəb və çətin bölməsidir. Bütün mütəxəssislər qeyd edirlər ki, Bartolomey bu işin öhdəsindən yaxşı gəlmişdi. Həmin tərcümə haqqında Fransa şərqşünası A. Maye belə yazır: "Qatların tərcüməsi həqiqətən də kamil və düzgün tərcümədir. Bu tərcümə ardıcıllığına və lüğət fondunun zənginliyinə görə başqa tərcümələrdən fərqlənir. Lakin Bartolomey tərəfindən Qatlarda mövcud olmuş bir sıra sözlərin, o cümlədən mürəkkəb söz tərkiblərinin düzgün izah edilməməsi tərcümənin qüsuru kimi qeyd edilməlidir."

Ümumiyyətlə Avropa alimlərindən B. Rask, F. Şpeygel, N. L. Vesterqard, F. Vindişman, F. Maks Müller, L. Darmesteter, L. N. Meye, F. V. Vest, F. Volf, A. Kristensen və başqaları avestaşünaslığa dair bir sıra tədqiqat əsərləri yazmış, yaxud Avestanı və ya onun hissələrini tərcümə etmişlər.

İran tarixçiləri və ədəbiyyatşünasları da (Avropa şərqşünaslarından sonra) XX əsrin I yarısından etibarən avestaşünaslıqla məşğul olub, bu sahədə bir sıra tədqiqat əsərləri yazmağa başlamışlar. Lakin İran alimləri tərəfindən yazılmış əsərlərin böyük bir qismi, Avropa alimlərinin təkrarından ibarətdir.

İran tədqiqatçılarından H. Tağızadə, Ə. Kəsrəvi, İ. Purdavud, S. Nəfisi, M. Müin, Ə. Hikmət, M. Müqəddəm, S. Kəyani, Ə. Zərrinkub, Z. Səfv və başqaları avestaşünaslığa dair bir sıra əsərlər yazmışlar.

Məhəmmədəli Tərbiyət (Təbrizi) də həyatını öz xalqının iftixarlı tarixi və yüksək mədəniyyətinin işıqlandırılmasına həsr etmişdir. O, 1941-ci ildə Berlində keçirilən şərqşünasların beynəlxalq konfransında çıxış edərək Zərdüştün həyatı və əsərləri haqqında məruzə etmişdir.

M. Tərbiyət Danişməndane-Azərbaycan adlı əsərində yazır: "Avestann ən qədim hissələrinin müəllifi, Zərdüşt haqqında Şərq, habelə Qərb alimləri bir sıra məqalələr çap etdirmişlər. Fransalı Darmesterin izahları, ABŞ alimi Ceksonun nəfis məcmuəsi, Purdavud Gilaninin Avesta və Zərdüşt haqqında dərin tədqiqatı müəyyən qədər onların fikirlərinin rəmzidir."

Əbu Reyhan əl-Biruni "Əl-asarül və əl-qrunül xaliyyə" əsərində yazır: "…ondan sonra, Mənuçöhr şahın nəslindən, zadəgan, əyan və maqların ailəsindən olan Spitmanın oğlu Zərdüşt gəldi (zühur etdi). Bu hadisə Viştaspın hakimiyyətindən otuz il keçəndən sonrakı dövrə təsadüf edir. Onun əynində sağ və sol tərəfi açıq olan çuxa var idi. Kəməri xurma lifi ilə (kiçik xaç şəklində) bağlanmışdı, rəngli yun duvağı (niqabı) var idi, öz yanında olan köhnə lövhəni sinəsinə yapışdımışdı. Muqların fikrincə o, (Zərdüşt) günorta çağı Bəlxdə olan şah qəsrinin eyvanından nazil olmuşdur. Viştasp isə günorta istirahətindən sonra Zərdüştün yanına gəlmiş və məzdəizmi qəbul etmişdir."

Avestanın İran tədqiqatçıları içərisində Seyid Həsən Tağızadənin elmi əsərləri məziyyətinə görə başqalarından fərqlənir. Onun bir sıra elmi tədqiqat əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. H. Tağızadə həm də ingilis və alman dillərində yazılmış iyirmiyə yaxın əsərin müəllifidir. O, yazır: "Mənbələrdə olduğu kimi, Şahpur Zuləktafın hakimiyyətinin son dövrlərində atəşpərəstlərdən bir dəstə məzdəizmdən üz döndərmişdir. Bu zaman Azərbad Mar-Spəndan adlı bir nəfər çətin sınaqlardan sonra möbidane möbid silkinə qəbul edilmişdi. Tədqiqatçılar görə bizə gəlib çatan Avesta məhz bu şəxs tərəfindən toplanıb təkmilləşdirilmişdir."

H. Tağızadənin göstərdiyinə görə Avestanın bir nüsxəsi III Daranın xəzinəsində saxlanılırdı. Həmin nüsxə qızıl suyu ilə 12.000 öküz dərisi üzərində yazılmışdı.

Məlum olduğu kimi İskəndər III Daranı məğlub etdikdən sonra onun Təxte-Cəmşiddə olan sarayını yandırmışdı. H. Tağızadə göstərir ki, o dövrdən etibarən Avestanın 30 bölməsindən ancaq 12-si qalmışdır.

H. Tağızadə yazır: "Zərdüştilərin (atəşpərəstlərin), xüsusən Dinkornun rəvayətinə görə, "Sasani Avestası" adı ilə məşhur olan ilk əsas mənbə I Şapurun dövründə toplanmışdır."

Tədqiqatçılar Sasanilərin son dövrü və ondan azı üç əsr sonra mövcud olan zərdüştülərin müqəddəs kitabı Avestanı aşağıdakı dövrlərə bölürlər:

Zərdüşt dövründən əvvəlki mənbələrə aid olan hissələr (Yəştlərin bəziləri) Zərdüştün özünə xas olan bölmə Şifahi rəvayətlər əsasında I Balaş tərəfindən toplanılmış hissə Sasanilərin dövründə rəvayətlər əsasında toplanmış hissə

A. Kristensen Avestanın toplanmasını belə izah etmişdir: "LVI və X yeştlərin 6–37-ci bəndləri eramızdan əvvəl 147-ci ildə, parfiyalılar dövründə, IX yəşt isə eramızın I əsrində, nəhayət, XVI yəşt parfiyalılar dövründə və yaxud sonralar tərtib edilmişdir."

M. Müin A. Kristensenə əlavə edərək Qatların, habelə Yəsnanın IV fəslini eramızdan əvvəl XI–VI əsrlərə (Əhəmənilərdən əvvəl Zərdüştün zühur etdiyi dövrə), Xurda Avestanı isə II Şapurun (309–379) dövrünə aid etmişdir.