Salman Yusif oğlu Dadaşov () — Azərbaycan aktyoru, rejissor.

Həyatı Salman Dadaşov 20 iyun 1922-ci ildə anadan olmuşdur. 1942-ci ildə Azəf Zeynallı adına Musiqi məktəbini, 1951-ci ildə ADİİ-ni (indiki ADMİU), 1954-cü ildə isə LDTK və Kİ-ni bitirmişdir. Əmək fəaliyyətinə 1939-cu ildə başlayaraq müxtəlif mədəniyyət qurumlarında çalışıb.Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı: 2017, s.134

Ailədə üç qardaş olublar. Qardaşlardan böyüyü olan Salman Dadaşov əvvəllər aktyor kimi çalışıb. Bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub.

Aktyor Məlik Dadaşovun qardaşı və Rəfael Dadaşovun əmisidir.

Filmoqrafiya Onun böyük ürəyi (film, 1958) Uzaq sahillərdə (film, 1958) Koroğlu (film, 1960)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar