İvan Sergeyeviç Frolov () — sovet kinooperatoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Həyatı 30 may 1890-cı ildə Moskva quberniyasının Dmitrov qəzasında anadan olub. 1906-cı ildən kino fəaliyyətinə başlayıb.
XX əsrin əvvəllərində Moskva və Peterburqda müxtəlif şəxsi kinostudiyalarda, 1918–1927-ci illərdə "Lenfilm" kinostudiyasında, 1927-ci ildən "Azərbaycanfilm" kinooperator kimi fəaliyyət göstərib.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.
1969-cu ildə Bakıda vəfat edib.
Filmoqrafiya
Operatoru olduğu filmlər Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) Sevil (film, 1929) (tammetrajlı bədii film) İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) Almaz (film, 1936) (tammetrajlı bədii film) — quruluşçu operator
Rejissoru olduğu filmlər İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film)
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan kinorejissorları