Simon Bolivar (tam adı ; ) – Venesuela, Boliviya, Kolumbiya, Ekvador, Peru və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri. Latın Amerikasında El Libertador ("Xilaskar") ləqəbi ilə tanınır.El Libertador: Writings of Simón Bolívar, ed. David Bushnell. New York: Oxford University Press 2003.
Bolivar varlı, aristokrat Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk növbədə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı. 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı. Sonrakı 3 il ərzində Bolivar milli konqresi formalaşdırdı. Gözlənilmədən hərəkata mane olmaq üçün gələn böyük İspan ekspedisiyası kimi müxtəlif əngəllərə baxmayaraq, inqilabçılar qalib gəldilər. 1821-ci ildə baş vermiş Karabobo döyüşündə inqilabçıların qələbə qazanmaları ilə Venesuela demək olar ki, müstəqil ölkə oldu.
İspan monarxiyası üzərindəki bu qələbənin ardından Bolivar Latın Amerikasının müstəqil millətlərinin ilk birliyi olan Böyük Kolumbiya Respublikasının () əsasını qoydu. O, bu qurumun 1819-cu ildən 1839-cu ilə qədər prezidenti olmuşdur.
Sonrakı hərbi əməliyyatlarla Bolivar Ekvador, Peru və Boliviyadakı yerli ispan hakimlərini məğlub etdi. O, Böyük Kolumbiya Respublikasının (indiki Venesuela, Kolumbiya, Panama və Ekvador), Perunun və Boliviyanın prezidenti idi, lakin qısa müddət sonra Bolivar sərkərdəsi olan Antonio Xose Fransisko de Sukreni Boliviya prezidenti təyin etdi. Bolivar təkcə İspaniya və Müqəddəs İttifaqın deyil, həmçinin getdikcə güclənən ABŞ-nin də gələcəkdə ola biləcək hücumlarını dəf edə biləcək və bütün İspaniya Amerikasını birləşdirən güclü dövlət qurmaq istəyirdi. Öz qüdrətinin pik nöqtəsində Bolivar Argentinadan Karib dənizinə qədər uzanan çox böyük bir bölgəni idarə edirdi.
Bolivar 79-u önəmli olmaqla, 472 döyüşdə iştirak etmişdir. Hərbi səfərləri zamanı at belində 123.000 kilometr yol qət etmişdir. Bu Hannibalın göstəricisindən 10 dəfə, Napoleonun göstəricisindən 3 dəfə, Makedoniyalı İsgəndərin göstəricisindən isə 2 dəfə çoxdur.Toro Hardy, Alfredo, Understanding Latin America (2017), World Scientific, New Jersey, p. 47 Bolivar Cənubi Amerikada milli simvollardan biri kimi qəbul edilir və Xose de San Martin, Fransisko de Miranda ilə birlikdə Hispaniya azadlıq hərəkatının ən böyük qəhrəmanlarından biri hesab edilir. Həyatının sonuna doğru Bolivar ümidsiz vəziyyətə düşmüşdü. Elə bu zaman özünün məşhur "inqilaba xidmət edən hər kəs dənizi şumladı" sitatını demişdi. Kolumbiya Respublikasının Təsis Konqresindəki çıxışı zamanı "Əziz vətəndaşlar, mən bunu deməyə utanıram — Azadlıq yeganə qazanılmış mənfəətdir ki, yerdə qalan digərlərinə ziyan verir."Jeremy Adelman, "Independence in Latin America" in The Oxford Handbook of Latin American History, José C. Moya, ed. New York: Oxford University Press 2011, p. 153.
Ailə tarixi
Bolivar soyadının mənşəyi thumb|Venesuelanın Karakas şəhərində Bolivarın anadan olduğu ev. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. thumb|Simon Bolivarın atası Xuan Visente Bolivar i Pontenın XVIII əsrə aid portreti Bolivar soyadının mənşəyi İspaniyanın Basklar yaşayan bölgəsində olan La Puebla de Bolivardan (indiki adı: Ziortza-Bolibar) gəlir. Bolivarın atası ana xətti ilə Ardanza ailəsinə mənsub idi. Onun ana nənəsinın ailəsi isə Kanar adalarından idi.
XVI əsr Bolivarlar XVI əsrdən Venesuelada məskunlaşmışdılar. Bolivarların Cənubi Amerikadakı ilk üzvü Simon de Bolivardır (və ya Simon e Bolibar, orfoqorafiya XIX əsrə qədər standart deyildi). O, 1559-cu ildən 1560-cı ilə qədər Santa Dominqoda (hal-hazırkı Dominikan Respublikası) yaşamış və işləmişdir. Onun oğlu Simon de Bolimar y Kastroda burada anadan olmuşdur. Qubernatorun 1569-cu ildə İspan hakimiyyəti tərəfindən Venesuela əyalətinə təyin edilməsindən sonra Bolivar da onunla ora getmişdir. İspaniyanın Venesuela əyalətinin ilk sakinləri kimi Bolivar ailəsi xeyli nüfuza sahib idilər. Simon de Bolivar və onun varisləri tədricən böyük ərazilər, enkomiendalar və yerli kabildoda nüfuz əldə etdilər.
1569-cu ildə Karakas kilsəsi tikilən zaman kilsədəki şapellərdən biri Bolivar ailəsinə həsr edilmişdi. Simon de Bolivar və varislərinin əsas gəlir qaynağı ərazilərdən idi. Xüsusilə şəkər plantasiyası ilə məşğul olan ailə torpağı əkib-becərmək üçün lazım olan işçi qüvvəsini enkomiendalardan təmin edirdi. Bolivarların gəlirlərinin digər qismi gümüş, qızıl və mis çıxarılmasından əldə edilirdi. Qızıl ilk dəfə 1669-cu ildə Venesuelada çıxarılmışdır, az sayda olan qızıl yataqları isə böyük rezervlərə sahib mis yataqlarının aşkarlanmasına yol açmışdır. Ona ana tərəfindən (Palasios ailəsi) Kokorotdakı Aroa mis mədəni miras qalmışdı. Bu mədənlərdəki işçi qüvvəsinin əksəriyyəti afrikalı və yerli amerikalı qullar idi.
XVII əsr XVII əsrin sonlarına doğru mis yataqları Venesuelada çox mühüm əhəmiyyət kəsb edirdi. Hətta artıq bu metala kobre Karakas, yəni Karakas misi deyilirdi. Bu yataqların əksəriyyəti Bolivar ailəsinə məxsus idi. Bolivarın babası Xuan de Bolivar y Martinez de Villeqas 1728-ci ildə Santa Mariya de Montserrat monastrına 22.000 dukat pul ödəmiş, onlar da bunun qarşılığında onun üçün İspaniya kralı V Flippdən zadəgan titulu almalı idilər, lakin taxt-tac heç vaxt zadəganlıq patenti barədə bəyannamə yayımlamadı. Bu məsələ İspaniyadan müstəqillik qazanılan zamandan etibarən, Bolivarın bütün həyatı boyunca mübahisələrə səbəb oldu. Çünki əgər bu titul verilsəydi Bolivarın böyük qardaşı Xuan Visente San Luisin markizi, Kokorotun isə viskontu olacaqdı.
Bolivar bütün şəxsi var-dövlətini inqilab üçün xərcləmişdir. İnqilab başlayarkən İspan Amerikasının ən varlı şəxslərindən olan Bolivar həyatının son dövrlərini kasıblıq içində yaşamışdır.
Həyatının erkən dövrü
Uşaqlığı thumb|Simon Bolivar 17 yaşında. 1801-ci il.
Simon Bolivar Venesuelanın Karakas şəhərində 24 iyul 1783-cü ildə anadan olmuşdur. O, Simon Xose Antonio de la Santisima Trinidad Bolivar y Palasios () adı ilə vəftiz edilmişdi. Anası Maria de la Konsepsion Palasios y Blanko, atası isə polkovnik Don Xuan Visente Bolivar y Ponte idi. Özündən böyük iki bacısı və bir qardaşı olomuşdur: Mariya Antoniya, Xuana və Xuan Visente. Digər bacısı Mariya del Karmen doğuş zamanı vəfat etmişdi.
Bolivar uşaq olarkən ona Dona İnes Manceba de Miyares və ailənin qulu Hipolita baxırdı. Bir neçə il sonra Bolivar valideynlərinin nəzarətinə verilsə də, bu təcrübə onun həyatında mühüm rol oynadı. Bolivarın atası onun 3 yaşı olarkən vərəmdən, anası isə onun 9 yaşı olarkən vəfat etdi.
Anasının vəfatından sonra Bolivar təhsil mütəxəssisi Migel Xose Sanzın nəzarətinə göndərilsə də, münasibətləri alınmadığına görə sonradan geri göndərildi. Evdə olduğu müddətdə Andres Bello, Quillermo Pelqron, Xose Antonio Neqrette, Fernando Vides, Father Anducar, Don Simon Rodriqez kimi tanınmış professorlardan xüsusi dərslər almışdır.
Don Simon Rodriqez Bolivarın əsas müəllimi, dotu və mentoru olmuşdur. O, Bolivara üzmək və at sürməklə yanaşı, azadlıq, insan haqları, siyasət, tarix və sosiologiya barədə də öyrətmişdir. Sonradan Bolivarın inqilaba başlamaq barədə qərar verməsində Don Simonun ona azadlıq, maariflənmə və müstəqillik barədə təlqin etdiyi ideyaların mühüm rolu olmuşdur. Bu dövrdə Bolivarın qayğısına daha çox onun qulu olan Hipolita qalırdı. Bolivar Hipolitanı sonradan bildiyim "yeganə ana deyə təsvir etmişdi."
Gəncliyi thumb|Simon Bolivar 20 yaşında. 1804-cü il.
Bolivarın14 yaşı olarkən Don Simon Rodriqez Karakasdakı İspan hakimiyyətinə qarşı sui-qəsddə ittiham olunaraq ölkəni tərk etmək məcburiyyətində qaldı. Bolivar daha sonra Milikias de Araqua hərbi akademiyasına qəbul oldu. 1800-cü ildə hərbi təhsilini davam etdirmək çün Madrid şəhərinə göndərildi. Burada 1802-ci ilə qədər qalan Bolivar vətəninə döndü. 1804-cü ildə Avropaya yenidən geri dönən Bolivar Fransaya və oradan da müxtəlif ölkələrə səfərlər etdi. Parisdə olarkən Napoleonun Notr-Dam kilsəsindəki tacqoyma mərasiminə şahid edən Bolivar bundan yüksək dərəcədə təsirlənmişdi.
Siyasi və hərbi kareyerası
Venesuela və Yeni Qranada: 1807–1821
Başlanğıc: 1807–1810 thumb|Bolivar 1812-ci ildə
Bolivar 1807-ci ildə Venesuelaya geri döndü. 1910-cu ilin aprel ayında çevriliş baş verdi. Karakas Ali Xuntasının yaradılması və keçmiş kolonial idarəçilərin hakimiyyətdən devrilməsi ilə Venesuela de-fakto müstəqil olmuşdu. Ali Xunta Bolivarın rəhbərliyi ilə Böyük Britaniyaya gələcəkdə tannımış şəxslər olacaq Andres Bello və Luis Lopez Mendezin də daxil odluğu elçilər göndərir. Elçiliyin məqsədi Böyük Britaniya tərəfindən tanınma və yardımı təmin etmək idi. Üçlük mühacirətdə olan Fransisko de Miranda ilə görüşdükdən sonra onu vətəninə geri dönməyə razı sala bildilər.
İlk Venesuela Respublikası: 1810–1811 1811-ci ildə Bolivarın da daxil olduğu Ali Xunta nümayəndəliyi və böyük xalq kütləsi Mirandanın La Quayraya gəlişi zamanı onu qarşıladı.Crow (1992:431). Miranda tərəfindən idarə edilən bu üsyan müharibəsi zamanı Bolivar polkovnik rütbəsinə yüksəldildi və 1812-ci ildə Puerto Kabellonun komandanı təyin edildi. Royalist freqat kapitanı Dominqo de Monteverde qərbdən respublikanın ərazisinə daxil olarkən Bolivar San Flipp qalasına və oradakı cəbhəxanasına nəzarəti itirdi və San Mateodakı mülkünə geri çəkildi.
Miranda respublikaçıların məğlub olduğunu görərək 25 iyulda Monteverde ilə kapitulyasiya müqaviləsi imzaladı və Bolivar da daxil olmala, digər inqilabçı zabitləri vətən xaini elan etdi. Bu zaman Bolivar əxlaqi baxımdan hələ də mübahisəli olan hərəkətlərindən birini etdi. O, digər zabitlərlə birgə Mirandanı həbs edərək La Quayradakı İspan Kraliyyət Ordusu hissələrinə təhvil verdi.Masur (1969), 98–102; and Lynch, Bolívar: A Life, 60–63. Bu xidmətinə görə Monteverde Bolivara pasport verdi. Bu pasport sayəsində Bolivar 27 avqustda Kürasaoya getdi. Deyilməlidir ki, Bolivar İspan hakimiyyət nümayəndələrinin Mirandanı niyə təhvil verməsi ilə bağlı suallarına cavab verməmişdir. Taxt-taca xidmət etməyi rədd edən Bolivar, Mirandanı ispanlara verməsini onlara xidmət etmək kimi yox, xəyanətkarı cəzalandırmaq kimi qiymətləndirmişdir.
1813-cü ildə Yeni Qranadanın (hal-hazırkı Kolumbiya) Tunxa bölgəsinə hərbi komandan təyin edildi. O, Yeni Qranadanın Birləşmiş Vilayətlər Konqresinə tabe idi. Bu xuntanın rəhbərliyindən kənarda, 1810-cu ildə formalaşmışdı.
İkinci Venesuela Respublikası: 1813–1814 və sürgün thumb|Simon Bolivar Haitidə olarkən (1816)
Bu Heyranedici kompaniyanın başlanğıcı oldu. 24 mayda Bolivar Meridaya daxil oldu. O, burada El Libertador elan edildi. Bunun ardınca 9 iyunda Truxillo ələ keçirildi. Bu hadisədən 6 gün sonra ispanların müstəqillik tərəfdarlarına qarşı törətdiyi qırğını eşidən Bolivar özünün "Ölümə müharibə" adlanan dekretini imzaladı. Bu rekterə görə, azadlıq mübarizəsini aktiv formada dəstəkləməyən hərbi ispan öldürülməli idi. Karakas 1813-cü ilin 6 avqustunda yenidən ələ keçirildi və Bolivar El Libertador kimi təsdiq edildi. O. burada ikinci Venesuela Respublikasının əsasını qoydu. Növbəti il Xose Tomas Bovesin üsyanı və respublikanın süqut etməsinə görə, Bolivar Yeni Qranadaya geri döndü və Birləşmiş Vilayətlərin qüvvələrinə komandanlıq etməyə başladı.