Pyotr Vasilyeviç Yermolov (; d. 26 sentyabr 1887 - ö. 19 mart 1953) — SSRİ kinooperatoru, RSFSR-in Əməkdar incəsənət xadimi (1940).
Həyatı Pyotr Vasilyeviç Yermolov 26 sentyabr 1887-ci ildə anadan olmuşdur. 19 mart 1953-cü ildə vəfat etmişdir.
Fəaliyyəti Pyotr Yermolov 1911-ci ildən kinoda fəaliyyət göstərmişdir. Əsasən hərbi kinoxronikalar çəkməklə məşhur idi. Qırmızı ordu haqqında ilk bədii filmin ("Qırmızı cəbhədə") yaradıcılarından biri olmuşdur. 1921-ci ildə V.İ.Lenini məktəbəqədərki təlim-tərbiyəyə hədsr olunmuş qurultayda lentə almışdır. 1924-cü ildən "Mejrabpom-Rus", "Mejrabpomfilm" (sonralar "Soyuzdetfilm") kinostudiyalarında işləmişdir. Y.A.Protazanov ("Torjokdan olan biçici" (1925), "Üç milyonla bağlı məhkəmə" (1926), "Qırx birinci" (1927), "Bəyaz qartal" (1928), "Müqəddəs Yorgen bayramı" (1930), "Marionetlər (1934)), M.S.Donskoy ("Qorkinin uşaqlığı" (1938), "Adamlar içində" (1939), "Mənim universitetlərim" (1940)) kimi rejissorlarla birgə işləmişdir. Böyük Vətən mübaribəsi illərində sənədli film sahəsində çalışmışdır.
Ad RSFSR-in Əməkdar incəsənət xadimi (1940)
Filmoqrafiya
Operator kimi XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920) (qısametrajlı sənədli film) "Torjokdan olan biçici" (1925) "Üç milyonla bağlı məhkəmə" (1926) "Ayı toyu" (1926) "Qırx birinci" (1927) "Bəyaz qartal" (1928) "Buz ev" (1928) "Müqəddəs Yorgen bayramı" (1930) "İki-Buldi-iki" (1930) (A.V.Şelenkov ilə birlikdə) "Marionetlər (1934) "Qorkinin uşaqlığı" (1938) "Adamlar içində" (1939) "Mənim universitetlərim" (1940) "Timur və onun komandası" (1940)
Mənbə Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 16.
Xarici keçidlər Ермолов Пётр Васильевич Петр Ермолов ЕРМОЛОВ Пётр Васильевич
Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Donskoye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)